Əsas Səhifə > Şou-biznes > "Elşad, 30 il ərzində iki mahnı oxuyub, dayanmısan"
"Elşad, 30 il ərzində iki mahnı oxuyub, dayanmısan"23-04-2024, 11:08 |
"Elit star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova ilə həmkarı Elşad Qarayev arasında gərginlik yaşanıb. dia-az.life bizim media-ya istinadla xəbər verir ki, hadisə tərəflərin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində baş verib. Cəmilənin "Elşad, 30 il ərzində iki mahnı oxuyub, dayanmısan. İki mahnı bu illər ərzində çox azdır" sözləri Elşadı özündən çıxarıb. Qarayev İsgəndərovaya cavab olaraq deyib: "Sən yatmısan. Oxuduğum mahnılara qulaq asmamısan. Mən oxuduğum mahnıların adlarını çəkmək istəmirəm. Çünki həmin mahnıları xalq özü çox gözəl bilir". Cəmilə "Oğlun Rəvanın bütün mahnıları hitdir. Öz üzərində çalışır. Amma sən, Elşad, gecə-gündüz toylardasan. Toy hər zaman var. Hər zaman da olacaq. Mənim hər gün toyum var. Amma mən məclislərə yarım saat gedirəm. Bütöv toy aparmıram" sözlərini dilə gətirib. Geri qayıt |