Əsas Səhifə > Şou-biznes > “Keyfiyyəti artırmaq lazımdır, qiyməti yox”

“Keyfiyyəti artırmaq lazımdır, qiyməti yox”


25-04-2024, 12:45
“Keyfiyyəti artırmaq lazımdır, qiyməti yox”
“Taksilərdə ilk növbədə xidmətin keyfiyyətini qaldırmaq lazımdır, qiyməti yox”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor Ramin Hacıyev son günlər paytaxtda fəaliyyət göstərən taksilərin qiymətində müşahidə olunan artımla bağlı sualımızı cavablandırarkən deyib.

Özünün, eləcə də ailə üzvlərinin taksidən istifadə etdiyini deyən rejissor qiymət artımına qarşı olduğunu bildirib:

“Taksi qiymətləri təbii ki, məni də maraqlandırır. Ailə üzvlərim və özüm də taksidən istifadə edirik. Hazırkı qiymət bizi qane edir, çünki bu qiymətə öyrəşmişik. Amma sabah qiymətin artıb-azalacacını bilmirik. Əlbəttə, qiymət artımına qarşıyam. Əgər biz taksi xidmətinin keyfiyyətini yüksəltmək istəyiriksə, qiyməti niyə qaldıraq ki? Bəlkə elə daxildəki keyfiyyətlərdən başlayaq, sonra qiyməti artıraq. Taksi sürücüləri barədə o qədər xəbərlər yayıldı ki… “Prius” vurdu, aşırdı, dağıtdı… Qiymət artımı ilə bu cür qəzaların qarşıını necə alacağıq, bilmirəm. Bəlkə də aldılar, cünki heç kim xərcə düşmək istəməz. Düşünmürəm ki, bununla da belə hadisələrin qarşısı alınsın. Məncə, ilk növbədə taksi xidmətində keyfiyyəti qaldırmaq lazımdır, qiyməti yox”.

Geri qayıt