Əsas Səhifə > Şou-biznes > Azərbaycanda tiktok seqmentinin ölkəyə heç bir faydası yoxdur

Azərbaycanda tiktok seqmentinin ölkəyə heç bir faydası yoxdur


26-04-2024, 08:27
Azərbaycanda tiktok seqmentinin ölkəyə heç bir faydası yoxdur
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda Tiktok media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənib. Bu barədə STM məlumat yayıb.
Bildirilib ki, sorğunun nəticələrinə əsasən, 74,9% Tiktok sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% fikir bildirməkdə çətinlik çəkib. Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, gənc yaş qrupuna aid hər üç nəfərdən ikisi məhdudiyyətlərin tətbiq edilməməsi mövqeyindən çıxış edib. Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Azərbaycanda tiktokun birmənalı qarşılanmadığını deyən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a bildirib ki, Tiktok ən çox istifadəçisi olan sosyal şəbəkədir:

"Ölkəmizdə 9 milyondan çox internetə çıxışı olan vətəndaş var və bunun 6 milyonu sosyal şəbəkə istifadəçisidir. Hər bir halda tiktok çox qınanır, çünki orada az faydalı məlumat var. Sosyal şəbəkə hansı ölkədə məhşurdursa, orada bir məna ifadə etməli və faydalı olmalıdır. Təəssüf ki, Azərbaycanda tiktok məhşur olsa da, burada faydalı məlumatlar yoxdur. Daha çox intelektual, kapital olmayan, qeyri-etik formada həyat tərzi sürən insanlarla dolub. Doğrudur, azda olsa, faydalı işlərlə məşğul olan istifadəçilər də var. "İkinci Qarabağ müharibəsi", antiterror əməliyyatları zamanı ən çox zərəri tiktokdan gözlədiyimiz üçün ilk olaraq, o bağlanır. Çünki tiktok dezinformasiya cəhətdən pik nöqtədədir. Həmçinin, burada məlumatlar daha sürətli yayılır. Təəssüf ki, Azərbaycan seqmentində tiktoker dedikdə ağıla gələn şəxslərin heç bir elmi faydası, istedadı demək olar ki, yoxdur. Fikrimcə, ölkəmizdə elmi istiqamətdə 1 nəfər şəxs var. O da Vüsal Yusiflidir. Adətən, xəbər saytları ucuz xəbərləri məhşurlaşdıraraq İP toplamağa çalışırlar. Bir sözlə, Azərbaycanda tiktok seqmentinin ölkəyə heç bir faydası yoxdur. Əksinə,mentalitetimizə adət-ənənələrə, yaşayış tərzimizə qarşı tənqid, təhqirlər olur. Buna görə də tiktok Azərbaycanda bağlanması daha faydalı hesab olunar".

Geri qayıt