Əsas Səhifə > Şou-biznes > Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK...
Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK...1-05-2024, 17:31 |
Bəhrəm Bağırzadə əslində, rus köləçiliyinin mədəni təzahürlərindən biridir. Sovetlər qalsaydı, SSRİ xalq artisti kimi Kremlin akt zalında var-gəl edirdi. Zatən arzusunun da bu olduğu dərhal sezilir. Adam xaraktercə KÖLƏ olduğundan millətinin ayrıca dövlət olmasını, öz ərazisində AĞA olmasını belə həzm edə bilmir.... Ona görə də cılız mövzularla, əslində isə xarakterindən doğan kinayəli, həm də təhlükəli şəhərli-kəndli toqquşması təşəbbüsləri ilə ortalığı qarışdırmağa çalışır. Daha anlamır ki, Azərbaycanda artıq illərdir belə bir zümrələşmə yoxdur... Həm də anlamır ki, artıq hər kəs onun eybəcər kimliyindən xəbərdardır... nə qədər komik görünsə belə içindəki xəbislik seziləndir... Bu gün Rusiya komedixanasını əlində saxlayan Qarik Martirosyan da gülməlidir... amma 44 günlük müharibə boyunca uğurlarımız ONU AĞLATDI... İndi kim bu millətin kəndçi babasının Bakıdakı heykəllərini paytaxtın baş planına uyğun hesab etmirsə, onun özünü plandankənar hesab etmək olar... Məhəmməd Ərsoy - dia-az.life Geri qayıt |