Əsas Səhifə > Şou-biznes > "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq"
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq"4-05-2024, 12:00 |
“Allah insanları yoxlamaq üçün onlara nəfs, iştah verir. Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq. Əllərinə imkan düşən kimi məmurlar şeytani xislətlərini ortalığa qoyur, çapıb-talayırlar”. Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov rüşət alan məmurlar haqda danışarkən deyib. O, cəmiyyəti rüşvət bəlasında xilas etməyin vacibliyini vurğulayıb: “Bu dünyada əbədi, əzəli bir şey yoxdur. Hər şeyin əvvəli olduğu kimi, axırı da var. Hər kəs etdiyi əməlin cəzasını alır. Kimin əlinə vəzifə düşübsə, onlar rüşvət alırlar və şəxsi maraqlarına xidmət edirlər. Bu, göz qabağındandır. Son bir neçə ildə görün, neçə icra başçısı, nazirlik əməkdaşı həbs edilib. Amma rüşvətin kökünü kəsmək, xalqı bu bəladan xilas etmək haqda fikirləşmək lazımdır”. Geri qayıt |