Əsas Səhifə > Şou-biznes > Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR

Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR


6-05-2024, 13:11
Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR
Bu gün sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında özünə "fenomen" adı verən şəxslər milli-mənəvi dəyərlərə zidd paylaşımlar və kampaniyalar aparırlar. Sözsüz ki, onların bu platformadan qazandıqları maliyyədən danışmağa dəyməz. Bunu görən gənc kütlə isə sosial şəbəkələrdə bu kimi adamları özlərinə nümunə götürür, rahat yolla pul qazanmaqdan ötrü onlar kimi davranmağa başlayırlar. Məsələnin ürək ağrıdan tərəfləri də var. Biz burada gənc nəslin milli-mənəvi dəyərlərinin məhv olmasından narahat oluruq. Amma bir sıra vəzifəli şəxslər, o cümlədən iş adamları bu "fenomen"lərə dəstək verir və onlara pərəstiş edir.

Buna nümunə olaraq, Gəncədə böyük hörmətə malik olduğu iddia edilən iş adamı Emin Hüseynovun adını çəkə bilərik. Onun bahalı "Gelandewagen" maşını ilə TikTok sosial şəbəkəsində qısa zamanda məhşur olan Baboşu ziyarət etməsi və ona olan sevgisi demək olar gündəmi və sosial şəbəkələri zəbt edib. Ölkədə milli-mənəvi dəyərlərin, cəmiyyətə yararlı addımların atılmasını gözlədiyimiz halda, belə iş adamları yaxud vəzifəli şəxslər Baboş kimilərini niyə "qəhrəman"laşdırır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, bu şəxslər fenomen deyil. Fenomen daha çox yüskək və ali mərtəbədir. Onlar sadəcə pozğun, tərbiyəsiz, əxlaqsız və küçə adamlarıdır:
"Son apardığım müşahidələr əsasən demək istəyirəm ki, milli dəyərlərimizi məhv etmək məqsədilə xüsusi bir mütəşəkkil dəstə işləyir. Bunlar daha çox xarici qüvvələr ilə idarə olunur. Onların Azərbaycanda çoxsayda adamları var. Müxtəlif sosial şəbəkələrdə və mediada yerləşiblər. Onlar vəkil, psixoloq və s. formalarda cəmiyyətin mənəvi dəyərlər sistemini sarsıtmaq, ailə institutu dağıtmaq və sosial anarxiya yaratmaq üçün dövlətin mənəvi bazasını dağıtmağa yönəliblər. Çünki Azərbaycan dövləti yalnız milli-mənəvi dəyərlər üzərində bərqərardır. Kökündən bu məsələləri məhv etmək üçün xüsusi dəstə işləyir. Son dövrlər sosial şəbəkələrin imkanları artdığından onlar üçün böyük bir meydan yaranıb. Burada necə lazımdırsa çalışırlar. Artıq çox ciddi nəticələri əldə ediblər və demək olar ki, bütün dəyərlərimiz məhv edilib. Ailə institutumuz məhv olub və uşaq tərbiyəsi tamamilə pozulub. İnsanlararası münasibətlər çox pis vəziyyətdir".

Sosioloqun sözlərinə görə, bu şəxslərə yardım edənlər həmin qlobal dəstənin adamlarıdır. Məqsədli şəkildə və qəsdən həmin şəxslərə dəstək verirlər. amma elmi layihələrə, elmi verilişlərə və sosial şəbəkələrdə elmi paylaşımlara, faydalı məlumatlara zərrə qədər dəstək yoxdur:

"Açıq şəkildə, təkzib edilməz formada, dəqiq sübutdur ki, onlar mütəşəkkil dəstədir. Bunlar necə lazımdırsa işləyirlər. Ölkədəki ictimai təbliğat sistemini ələ alıblar. Çünki qlobal şəbəkələr onlara dəstək verir və sosial platformalarda onların kanalları, səhifələri daha çox göstərilir. Yaratdığı profillər burada daha aktiv olur. Artıq onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrirlər. Belə bir şəraitdə onlara qarşı mübarizə aparmağın çox sadə metodologiyası var. Burada iki tərəfin rolu var: cəmiyyət və dövlət. Amma cəmiyyətin bununla bağlı addım atmağını gözləmək olmaz. Cəmiyyət onlara dəstək verir. Yalnız dövlətdən bu addımları gözləyə bilərik. Dövlət bu şəxsləri ağır cəzalandırılmalıdır. Milli-mənəvi dəyərlərə zidd fəaliyyətə görə çox ağır cəzalar qoyulmalıdır. Vəziyyət pisləşməyə doğru gedirsə, "TikTok", "Instagram" kimi şəbəkələr tam bağlanmalıdır. Bunun başqa yolu qalmayıb. Əgər bağlaya bilmirlərsə, bu şəxsləri bir-bir cəzalandırmalıdır. Əks halda vəziyyət daha da pisləşəcək. Açıq şəkildə bu insanlar sosial səbəblərdən ailələrin dağılmasının, uşaqların narkomaniyaya meyilliyi, radikal dini təriqətlərin , hər cür cinayətkarlıq əməlləri burada təbliğ olunur. Bu adamlar qanun qarşısında heç bir məsuliyyət daşımırlar və cavabda vermirlər. Bunlara qarşı mübarizə aparmaq istəyiriksə, sadə üsulu var. Həmin dəstənin üzvlərinin tapılması və cəzalandırılmasıdır".

Psixoloq Vəfa Əkbər saytımıza məsələ ilə bağlı öf fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu gün kimlliyindən asılı olmayaraq hər kəsin ən böyük həfədi öz mənliyini aktuallaşdırmaqdır:
"Ümumiyyətlə hər bir insanın ən böyük hədəfi öz mənliyini aktuallaşdırmaqdır. Bu yolda insanlar təhsil alırlar və əziyyət çəkirlər. Bu qəbildən olan insanlar gündəmə gəlmək və tanınmaq üçün əziyyətli yollardan gəlirlər. Artıq fenomenlər daha asan yolla getdiyi üçün insanların diqqətini cəlb edirlər. Onların nə etdiklərindən asılı olmayaraq bu gün hər kəsin nəzərində olur. Onlar əsasən yeniyetmələr və gənclər tərəfindən nümunə olaraq götürülür. Onların davranışları əlbəttə ki, cəmiyyətdə birmənalı qarşılanmır. Əlbəttə ki, bu özüdə bir istedad və şoumenlik tələb edir. Bu baxımdan etdikləri davranışlardan asılı olmayaraq artıq onlar yaddaşlarda qalırlar".

Geri qayıt