Əsas Səhifə > Şou-biznes > "Həmin məqamlara görə, o pullardan imtina edirəm"

"Həmin məqamlara görə, o pullardan imtina edirəm"


12-05-2024, 08:41
"Həmin məqamlara görə, o pullardan imtina edirəm"
"Rol aldığım bütün filmlərə yenidən baxanda nəsə görürəm. 10 dəfə başmışamsa, onunda da elədir. Burası belə, orası o cür ola bilərdi deyə düşünürəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Qara-qırmızı" layihəsində qonaq olarkən deyib. O, canlandırdığı obrazlardan danışıb:

"Heç vaxt könül rahatlığı ilə onlara baxa bilmirəm. Bunu bacarmıram. Bu, mənə rahatlıq vermir. Necə ağlıma gəlmədi ki, bunu orada belə etmədim? İstəyərdim ki, daha yaxşı olsun. Rol aldığım elə bir film yoxdur ki, baxılmadı, izlənmədi, bəyənilmədi. Bəzən mənə elə gəlir ki, zaman keçdikcə insanlar obrazlarımı daha çox sevirlər. "Məhəllə"dəki "Məhəbbəti" daha çox sevirlər. İndi elə arvadların sayı da azalıb, gözləri açılıb, telefonu alır, atır döşəyin altına. Belələri daha yoxdur. "Hoqqa"dakı "Qızxanım"ın feysbuka bağlılığı. Orada tanış olub qaçacaq qədər saf biridir".

D.Əliyeva heç bir sosial şəbəkələrdən istifadə etməməsinə belə aydınlıq gətirib:

"Heç bir sosial şəbəkədə yoxam. Hələ oradan pul qazanacaq mərhələyə gəlməmişəm. Narahat oluram. Tutaq ki, biri ad günümü təbrik etdi. Mənim isə başım qarışdı, ya özümü ulduz hiss etdim, paylaşmadım. Gələn dəfə ad günüm olanda məni paylaşmır. Niyə, çünki bir dəfə paylaşmadım. Elə adamlar var deyəndəki, ora gələn kimi elə birinci özüm elə olacağam. Mən sizi paylaşım, siz etməyin, küsəcəyəm. Beləcə küsmələr, münasibətlərin pozulması baş verir. İtkiləri sevmirəm. O itkiləri yaşamaq istəmirəm. Görün necə həssas qadınam ki, həmin məqamlara görə, nə qədər qazanacağım pullardan imtina edirəm. Amma ola bilər. O məsələnin həllini tapmışam. Bir şirkət açacaq hesab. Məni niyə paylaşmadın deyəndə, söyləyəcəyəm ki, mən yox hesabı şirkət idarə edir".
Geri qayıt