Əsas Səhifə > Şou-biznes > Tanınmış müğənnimiz polis idarəsinə niyə çağırıldı?
Tanınmış müğənnimiz polis idarəsinə niyə çağırıldı?15-03-2014, 13:33 |
Müğənni Xatun Əliyeva ötən gün polis bölməsinə çağrılıb. Bu haqda Axşam.az saytına sənətçinin prodüseri Rauf Şirin məlumat verib. O, Xatunun avtomobilindən oğurlanan əşyalarla bağlı danışdırıldığını bildirib: “Ötən gün Xatun polis bölməsinə çağırıldı, bir daha danışdırıldı. Polislər hərəkətə keçiblər. Əşyaların tam siyahısı və oğurlanan malların dəyəri hesablanıb. Avtomobildən 17442 manatlıq zinət əşyası, 2 min dollar da nağd pul götürülüb. Əşyaların fotoları polis şöbəsinə təhvil verilib. Bir çoxları Xatun xanımı bu qədər əşyanı avtomobilində saxlaması və qiymətin şişirdildiyini deyərək qınayır. Amma başa dşmürlər ki, müğənni çəkilişdən çəkilişə qaçır. Onun nəyi varsa, avtomobilindədir”. Geri qayıt |