Əsas Səhifə > Şou-biznes > "Nə istəyirəm yeyirəm... o, enerjini çıxartmaq lazımdır..."

"Nə istəyirəm yeyirəm... o, enerjini çıxartmaq lazımdır..."


27-05-2024, 06:01
"Nə istəyirəm yeyirəm... o, enerjini çıxartmaq lazımdır..."
"Sənət adamları, daim yaradıclıqda bir şey edən insanı tutub saxlamaq mümkün deyil. Doğuş da arada öz vətənin gedir. Ora gedir vay, bura gəlir vay. Yazıq nə etsin? Adamın işi ordadır, hər şey ora bağlıdır".

dia-az.life xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" proqramında deyib.O, həyat yoldaşı Doğuşun verilişdə olmaması haqda sualları cavablandırıb.

Aparıcı daha sonra formada qalmağının sirrini açıqlayıb:

"Gündə 3 saat idman edirəm. Qalan hər şey yeyirəm. Sadəcə, nəyi nə zaman yeyirsən bilməlisən. Bir dietoloq mənə pəhriz yazdı: 2 zeytun, yarım yumurta. Cırdım atdım kənara. 1 aya 14 kiloqram atdım. Nə istəyirəm yeyirəm. O, enerjini çıxartmaq lazımdır. Yuxunu normal yatmaq lazımdır. Axşam 11 tamamda yatırsan. Sofi Lorenin gənc qalmasının sirri yuxu və normal rejim idi".
Geri qayıt