Əsas Səhifə > Şou-biznes > Bəhram Bağırzadəni hansı cəza gözləyir?

Bəhram Bağırzadəni hansı cəza gözləyir?


8-06-2024, 11:57
Bəhram Bağırzadəni hansı cəza gözləyir?
Əməkdar artist Bəhram Bağırzadə şəhərdə skuter sürən oğlanla qızın videosunu çəkib. Həmin videonu instaqramda yerləşdirən aktyor qınanılıb. Skuteri sürən şəxs isə aktyora “video nə səbəbə çəkilib bilmirəm, amma silinsə yaxşıdır. Videodakı oğlan mən və yoldaşımdır” deyə şərh yazıb. Bəs görəsən qanun bu haqda nə deyir?

Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, buna görə aktyor məsuliyyətə cəlb oluna bilər.
“Bunun hər bir halda məsuliyyəti var. Aktyor burada şəxsi həyatın toxunulmazlığı hüququnu pozur. Şəxsi toxunulmazlıq hüququ həm yerli, həm də beynəlxalq qanunvericiliklə tənzimlənir. Əgər şəxs istəmirsə video görüntüləri yayılsın, onu heç kim yaya bilməz. Konstutsiyanın 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququna həsr olunub. Heç kim şəxsin videolarını, ailə məlumatlarını, hansısa paylaşımını götürüb yenidən yayımlaya, kiməsə ötürə bilməz. Şəxsi toxunulmazlıq hüququ şəxsin ailə həyatına hörmət hüququdur, şəxsin malına, mülkünə, eyni zamanda şəxsi nüfuzuna və cəmiyyətdə mövcud olduğu statusuna hörmət hüququdur. Şəxsi toxunulmazlıq hüququnun pozulduğunu iddia edən şəxs öncə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu zaman məsələyə hüquqi qiymət veriləcək. Hamıya maraqlıdır ki, bəs görəsən şəxsin videolarını paylaşan şəxsi nələr gözləyir? Yerli qanunvericiliyə görə cinayət məcəlləsinin 156-cı maddəsində göstərir ki, bu cinayəti törətmiş şəxs 1000-2000 civarında cərimə oluna bilər. Eyni zamanda 240-480 saat müddətində ictimai işlər və cinayətin miqyasından asılı olaraq 1 ilədək islah işləri ilə cəzalandırıla bilər” deyə hüquqşünas Emil Aslanov bildirib.

Geri qayıt