Əsas Səhifə > Şou-biznes > "Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl...
"Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl...15-06-2024, 18:56 |
“Verilişə çağıranda xanəndəyə deyirlər,tək özün gəl. İfaçını da pis vəziyyətdəb qoyurlar”. Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, xalq artisti Mənsum İbrahimov “GünaydınAzərbaycan” verilişində deyib. O, xanəndələrin efirdə tar, kamançasız muğam oxumasına qarşı çıxıb: “Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl. İfaçını da pis vəziyyətdə qoyurlar. Xanəndə durur ayaqüstə oxuyur. Onu tar, kamança müşayiət etməlidir. Yaxşı bəs bu tar, kamançanı harada ifa etsinlər? Söhbət məndən getmir. Mənim söz deməyə haqqım da çatır, sözümü deyirəm də. Bu gənc xanəndələrə də şərait yaratmaq lazımdır axı. Biz bu alətlərlə böyümüşük. Bütün dünyada tar, kamança, saz və muğamımızla tanınmışıq. Bizim milli musiqimiz bunlardır. Milli musiqi olan yerdə tar, kamança mütləq olmalıdır”. Geri qayıt |