Əsas Səhifə > Şou-biznes > Aktyor və xanəndinin "Muleyli" davası
Aktyor və xanəndinin "Muleyli" davası2-07-2024, 12:21 |
Əməkdar artist Qoxmaz Əlilicanzadə və xanəndə Kəmalə Nəsibova arasında efirdə gərginlik yaşanıb. Qaynarinfo xəbər verir ki, mübahisə "Muleyli” mahnısının üstündə düşüb. Belə ki, Qorxmaz Əlilicanzadə xanəndəyə sual verib ki, "Muleyli" hansı muğam üstündədir. Xanəndə bildirib ki, "Muleyli” mahnısı "Segah" muğamının üstündədir. Aktyor isə "Muleyli" mahnısının "Şur" muğamı üzərində olduğunu və hər an bunu sübut etməyə hazır olduğunu bildirib. Qaynarinfo-ya açıqlama verən xanəndə Sabir Abdullayev isə həmkarı Kəmalə Nəsibovanı tanıdığını bildirib: "Bütün millət bilir ki, "Muleyli" "Şur" muğamı üstündədir. Onun təhlili yoxdur, cavab birdir. Ola bilsin ki, xanəndə dəqiq eşitməyib. Mən bunu texniki səhv hesab edirəm. Bundan ötrü mübahisə etmək lazım deyil. Kəmaləni tanıyıram, yaxşı da oxuyur. Mexaniki səhvdir". Geri qayıt |