Əsas Səhifə > Şou-biznes > “Hər yoldan ötən özünü rejissor sayır”
“Hər yoldan ötən özünü rejissor sayır”4-07-2024, 10:54 |
“Elə bir dövrə gəlib çıxmışıq ki, hər yoldan ötən özünü rejissor, şair, ssenarist, aktyor hesab edir…” Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev deyib. Aktyor qeyri-peşəkarların meydan suladığını təəssüf hissi ilə söyləyib: “Serial da əslində kinonun bir qoludur. Sovetlər dönəmində Azərbaycandan 5 nəfər gənc sənətin sirlərini öyrənmək üçün Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna təhsil almağa göndərilirdi. Onlar da kino bilicilərindən öyrəndiklərini gəlib Azərbaycanda tətbiq edirdilər. Nəticədə Azərbaycan milli kinosunun inciləri sayılan həmin filmər meydana gəldi. Bu gün də o filmlər sevə-sevə izlənilir. Amma indi bu ənənə yoxdur. Yəni sözümün canı budur ki, o vaxt məktəb var idi, gənclər öyrənirdilər, təhsil alırdılar. Bu işin biliciləri kimi filmlər çəkirdilər. İndi heç kim öyrənmək istəmir, rahat yolu seçirlər. Azərbaycanda bu gün gücdlü aktyor məktəbi var, amma bu sözü rejissorlara aid etmək olmaz. İşini peşəkarcasına bilən yaxşı rejissorlar olmalıdır ki, keyfiyyətli seriallar, filmlər çəkilsin. Zaman gedir, aktyorlar gözləyir, amma gözləyə-gözləyə qocalırlar”. Geri qayıt |