Əsas Səhifə > Şou-biznes > "Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır"

"Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır"


7-07-2024, 06:35
"Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır"
Müğənni Xatirə İslam sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı saxta və təhrif olunmuş bağlıqlarla yayımlanan "xəbər"lərdən gileylənib:

"Şərhlər çox yazılsın, video çox yayımlansın deyə nə qədər ədalətsiz başlıqlı videolar görürəm gün ərzində. Məsələ burasındadır ki, bunları edən heç jurnalistlər də deyil, adi insanlardır. Görəsən kimsə kiminsə haqqına girəndə heç ürəyində narahat olur ki, birdən ziyan çəkərəm, başıma nəsə gələr? Bu həyatda hər şeyin bir bədəli var".
Geri qayıt