Əsas Səhifə > Şou-biznes > "Yüzlərlə əsərlərimizi oğurlayıb özününkiləşdirməyə çalışırlar"
"Yüzlərlə əsərlərimizi oğurlayıb özününkiləşdirməyə çalışırlar"10-07-2024, 16:52 |
Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və Yutub kanalında yayımlanması faktı Əqli Mülkiyyət Agentliyi tərəfindən araşdırılıb. Əqli Mülkiyyət Agentliyinin eksperti, Xalq artisti Faiq Sücəddinov məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib. O bildirib ki, bir çox mahnılarımız kimi “Qarabağ” mahnısıda ermənilər tərəfindən oğurlanıb: “On gün öncə Əqli Mülkiyyət Agentliyi tərəfindən bizə bir video göndərdilər. Orda erməni ifaçı “Artsax” adlı mahnı ifa edirdi. Mahnını dinləyəndən sonra gördüm ki, bu, Bəhram Nəsibovun 1972-ci ildə yazdığı “Qarabağ” mahnısıdır. Sözdən başqa heç nə dəyişməyib”. Bəstəkar yüzlərlə mahnımızın ermənilər tərəfindən oğurlanaraq ifa edildiyini deyib: “Suriya ermənisi olan Avara Muruso adlı musiqiçi var. O, musiqisi Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus olan “Çırpınırdı qara dəniz” mahnısını götürüb adını “Kamança” qoyaraq ifa etdi. Yüzlərlə əsərlərimizi oğurlayıb özününkiləşdirməyə çalışırlar. Hələ 1970-ci illərdən “Uzundərə” rəqsimizi də oğurlayıb erməni musiqisi kimi ifa edirlər. Özlərinə asan yol tapıblar. Mahnımızı götürüb sözlərini dəyişib ermənicə oxuyurlar, amma musiqi yerində qalır”. F.Sücəddinov ermənilərin demək olar ki, öz mahnılarının olmadığını deyib: “Olanları da çox biədəb mahnılardır. Biz Eldar Mansurovla birlikdə bu işləri araşdırırıq və lazım yerlərə cavabımızı göndəririk. Mən düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra ermənilər dəyişiblər, amma görünən odur ki, yenə “Dəmir yumruq” istəyirlər”. F.Sücəddinov sülh müqaviləsindən sonra bütün bu məsələlərin müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb. Geri qayıt |