Əsas Səhifə > Şou-biznes > "Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər"

"Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər"


27-07-2024, 10:30
"Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər"
“Binamızdakı lift, təxminən, 10-15 gün bundan əvvəl dəyişdirilib. Komendantın təşəbbüsü, sakinlərin pulu ilə lifti dəyişmişik. Şükür Allaha, blokumuzda bir deputat yaşayır. Bizim adımızdan istifadə edib, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər...”

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

O, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Lift-Təmit İstehsalat Biriliyinin fəaliyyətinin qənaətbəxş olmamasına da toxunub: “Allah Hacıbala Abutalıbovun başını qoyub, ayağına daş salmasın. İndi oturub İlisuda kef edir, biz isə qalmışıq. Hacıbala müəllimlərin ucbatından hələ Azərbaycanda balaca minalar çox partlayacaq. Təəssüf ki, hamısı camaatın başında partlayır. Bizim binanı qoyaq bir tərəfə. Bütün Bakı sakinləri adından deyirəm ki, Azərbaycanda milyondan çox lift var və hamısı təhlükədir. Millət onsuz da min dənə problem içində yaşayır. Sosial, psixoloji, məsləki, mənəvi problemlər az imiş kimi bir tərəfdən də bu... Adam var ki, 18-19 mərtəbəli binada yaşayır, həftələrlə lift işləmir. Yaşlısı var, xəstəsi, qocası, uşaqlısı, yükü var. Camaat bazara gedib-gəlir. Yadımdadır, vaxtilə nazirliklərdən birinin nəzdindəki liftlə bağlı baş verən hadisə barədə cinayət işi açıldı, kimlərisə həbs etdilər. İnsanlar ya Allahdan qorxmalıdırlar, ya da qanundan. Bu gün çoxları Allahsızdır, qanundan da qorxan yoxdur. Əvvəllər həbsxana deyəndə camaatın bağrı yarılırdı. İndi isə deyirsən ki, sənə 5 illik iş düşür, gedir 5 il həbsxanada oturub gəlir...”

Geri qayıt