Əsas Səhifə > Şou-biznes > Ayağı amputasiya edilən aktyor həkimini günahlandırdı:
Ayağı amputasiya edilən aktyor həkimini günahlandırdı:2-09-2024, 13:25 |
Aktyor Əlvan Fərmanoğlu ayağının amputasiya edilməsində "Məlhəm" klinikasının həkimini günahlandırıb. Aktyor Teleqraf.com-a açıqlamasında səhhətinin ağır olduğunu bildirib: "Səhhətim çox pisdir. Ayağımı "Məlhəm" klinikasında amputasiya etdilər. Əməliyyatı həkim İlqar Hüseynov etdi. Mənim ayağımda stend var idi, qanqren verdi. Həkim dedi ki, keçib gedəcək. İyulun19-da xəstəxanaya gəldim, həkimim İlqar Hüseynova dedim ki, mən ölürəm. O, mənə bir iynə vurdu və aradan çıxdı. Dedi ki, artıq heç nə edə bilməyəcək. Sonra qardaşım uşaqları məni Göyçay rayonuna apardılar. Dedilər ki, orada yaxşı mütəxəssis var. Göyçaydakı xəstəxanadan isə bildirdilər ki, təcili Bakıda xəstəxanaya yerləşdirilməliyəm. Məni Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinə gətirdilər. Burada xəstəxananın həkimi İlqar Namazov məni öhdəsinə götürdü və mənə kömək etdi. Ayağımın bud hissəsinə qədər sağalmasına yardımçı oldular. Burada da ayağımı bir az yuxarıdan kəsdilər. Sağ olsunlar, məni yaşatdılar. İlqar Namazova təşəkkür edirəm". Aktyor onu da deyib ki, "Məlhəm" klinikasının həkimi İlqar Hüseynovdan hüquq-mühafizə orqanlarına şikayət edəcək: "O, məni məhv etdi". Geri qayıt |