Əsas Səhifə > Şou-biznes > “Məryəm” beynəlxalq festivala çıxdı
“Məryəm” beynəlxalq festivala çıxdı5-09-2024, 09:59 |
Kinorejissor Elçin Musaoğlunun tammetrajlı bədii filmi “Məryəm” Türkiyənin “Altın Portakal” Beynəlxalq Film Festivalında yarışacaq. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmdə Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmdə Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı da çəkiliblər. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Orxan Abbasov, rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərli, prodüserləri Fariz Əhmədov, Suat Köçer və Elçin Musaoğludur. Filmin istehsalçıları “Azərbaycanfilm”, TRT (Türkiyə), “Sinema Evi”, “Film Arası Yapım” (Türkiyə) şirkətləridir. “Altın Portakal” Film Festivalı 2024-cü il oktyabrın 5-dən 12-dək Türkiyənin Antalya şəhərində keçiriləcək. Geri qayıt |