Əsas Səhifə > Şou-biznes > "İndi bizim üçün hər kəs pozğun və qatildir"

"İndi bizim üçün hər kəs pozğun və qatildir"


16-09-2024, 10:52
"İndi bizim üçün hər kəs pozğun və qatildir"
Müğənni Günel Zeynalova Türkiyədə günlərdir itkin düşdükdən sonra cəsədi tapılan 8 yaşlı Narinin timsalında izləyicilərinə müraciət edib.

Axşam.az xəbər verir ki, ifaçı valideynləri diqqətli olmağa və qızlarına həyatda lazım ola biləcək bilgiləri aşılamağa çağırıb:

"Marketə gedəcəyəm, uşaq qonşuda 5 dəqiqəlik dayansın" deməyin. “Avtobusda narahatdır, övladım dayının qucağında dayansın" deməyin. "Ay canım, əmi bircə dəfə öpsün" deməyin. Xeyr, deyəndə hörmət edin. Ona məhrəmini öyrədin, "kiçikdir, hələ başa düşməz" deməyin. Valideyn övladını ən yaxınlarına belə qeyri-şərtsiz etibar etməməlidir. Oğlunuza uşaqlıqdan qızlara münasibəti izah edin. Qızınıza kişilərlə nə dərəcədə münasibət qura biləcəyini aşılayın. Qızlarınıza "qışqırma" demə. Ona nə vaxt qışqıracağını öyrədin. Əgər çətinliyə düşübsə, bacardığı qədər qışqırmağı bacara bilsin.

Onu polislə qorxutmayın ki, başına pis iş gələndə polisə sığınmağı bilsin. Hər dəfə çöldə olanda itərsə nə edəcəyini, kimsə ona toxunub zərər vermək istəyərsə və ya bu kimi hallarda nələr edə biləcəyini izah edin. Öyrədin ki, izah edə bilmədiklərinizi peşmanlığınıza çevirməyəsiniz. Dövrümüz qapımızın ağzında rahatlıqla çörəyi və tomat pastasını qonşularımıza təqdim etdiyimiz günlərə bənzəmir. İndi hər kəs pozğundur. Hamı qatildir. İndi bizim üçün hər kəs qatil namizədidir".

Geri qayıt