Əsas Səhifə > Şou-biznes > Afət Floranı oğlunun toyuna çağırdı:
Afət Floranı oğlunun toyuna çağırdı:25-09-2024, 12:39 |
Müğənni Afət Fərmanqızı bir zamanlar məhkəmə çəkişməsi yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib. Lent.az xəbər verir ki, o bu barədə qatıldığı teleproqramda danışıb. "Oğlumun toyu oktyabrın 7-də olacaq. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa", - deyə o bildirib. Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün məhkəməyə vermişdi. Geri qayıt |