Əsas Səhifə > Şou-biznes > "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"

"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"


4-10-2024, 06:22
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
"Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atmağa çalışırıq. Ona görə də hər şeyi Zakirlə məsləhətləşərək edirik".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi həyat yoldaşının ona qadağa qoymadığını bildirib:

"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmur. Geyimimə qarışmır. Zakir müasir insandır. Sevinirəm ki, belə biridir. Hər zaman o məni həvəsləndirir ki, daha iddialı və cəsarətli olmalısan. Olmaz desəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli, o məni dəstəkləyir".

Qeyd edək ki, həkim Zakir Bayramovla ailəli olan Sevdanın iki qız övladı var.
Geri qayıt