Əsas Səhifə > Şou-biznes > Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb?

Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb?


5-10-2024, 07:08
Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb?
Dünən sosial şəbəkələrdə tanınmış və sevilən müğənni, əməkdar artist Mətanət İsgəndərlinin qayıqdan yıxılması ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, müğənni Astarada klip çəkilişi zamanı ehtiyatsızlıqdan yıxılaraq suya düşüb.

Müğənni ilə əlaqə saxlamaq istəsək də telefona bacısı cavab verdi. Moderator.az-a açıqlama verən sənətkarın bacısı yayılan xəbərləri təkzib edib.

“Xeyr, belə bir hadisə baş verməyib. Dünən Astarada klip çəkilişi idi, qayıqda da çəkiliş olub. Amma nəinki yıxılmaq, heç büdrəmək də olmayıb. Yəqin ki, qayığı görən kimi fikirləşiblər ki, belə bir xəbər yayaq. Artıq Bakıdayıq, çəkilişlər bitib” deyə müğənninin bacısı bildirib.
Klipin rejissoru Nail Naiboğlu isə saytımıza bunları açıqlayıb.
“Xeyr, Mətanət xanım suya yıxılmayıb. Sadəcə olaraq bir az problem onda idi ki, qayığı idarə edə bilmirdi. Birinci dəfə idi ki, qayığa minirdi. Az qalmışdı ki, suya yıxılsın, amma yıxılmadı. Bu da normaldır, çünki hər şeyin ilki çətin olur. Mətanət xanımla işləmək çox rahatdır. Həm peşəkardır, həm də əsl insan, xanım-xatundur” deyə rejissor Nail Naiboğlu bildirib.
Geri qayıt