Əsas Səhifə > Şou-biznes > "Gəlinindən ayrı yaşayan qayınanalar ağıllıdırlar"

"Gəlinindən ayrı yaşayan qayınanalar ağıllıdırlar"


17-10-2024, 01:14
"Gəlinindən ayrı yaşayan qayınanalar ağıllıdırlar"
"Çoxlu toylar və xınalar edirik, orada qayınanalar və gəlinlərlə ünsiyyətdə oluruq. Düşünürəm ki, bir mətbəxdə bir xanım olmalıdır. Gənc ailə quranlar ayrı yaşamalıdır. Əlbətdəki, hər şey imkandan asılıdır. Amma nə qədər də bacarırlarsa, ayrı yaşamalıdırlar. Bu həm yaşla, həm də başla əlaqəlidir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Elgizlə izlə verilişində deyib. O, gəlinindən ayrı yaşayan qayınanaların ağıllı addım atdıqlarını bildirib:

"Böyüyün məsləhəti yaxşıdır. Amma böyük böyüklüyündə, kiçik kiçikliyində qalsın, aradan pərdə götürülməsin. Bir yerdə yaşayanda anayla bala arasında da söz-söhbət olur. Bu mənim anamla da aramda olub. Gəlinindən ayrı yaşayan qayınanalar çox ağıllı qadındırlar. Problemin varsa, özün həll et, uşağını özün saxla. Mən nə qədər toy aparmışam, amma qarşıma iki qadın çıxıb ki, əlinini öz qızı kimi sevib. İdeal qayınnana və gəlin yoxdur".
Geri qayıt