Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktrisa: "Həyat yoldaşım mənə..."
Azərbaycanlı aktrisa: "Həyat yoldaşım mənə..."9-04-2014, 09:05 |
Əməkdar artist Naina İbrahimovanın Milli.Az-a müsahibəsi. - Naina xanım, toyunuzdan artıq bir neçə ay keçib. Ailənizdə vəziyyət necədir? Yoldaşınız sizə sənətinizdə dəstək olur? - Şükür Allaha, hər şey qaydasındadır. Həyat yoldaşım mənə və sənətimə hər zamankı kimi indi də hörmət edir və mənə dəstək olur. - Yaratdığınız obrazlarla çoxlarını təəccübləndirməyi bacarırsınız. Bütün layihələrin ideya müəllifi özünüz olursunuz? - Bəli, ideyalar özümə məxsus olur. Lakin bu layihələr çox məsuliyyətli və ağır olduqlarına görə ətrafıma yığdığım komandamla birgə çalışıram. - Sözügedən layihələri reallaşdırmaq üçün nə qədər müddət sərf edirsiniz? - Hazırlıq mərhələləri bir az uzun çəkir. Bu da hər şeyin dəqiq və peşəkarcasına olması üçün vacib şərtdir. Lakin fotosessiyanı hər dəfə bir günə edib bitiririk. - Komandanızdakı işçilərə buna görə məvacib verirsiniz? - Xeyr, çox sağ olsunlar ki, hər biri mənim üçün təmənnasız və ürəklə çalışır. Lakin fotosessiya zamanı istifadə etdiyim bütün geyimləri öz büdcəmdən alıram. - Belə çıxır ki, öz simanızla gündəmə gəlmək artıq sizin üçün bir o qədər də önəmli deyil... - Elədir ki, var... Mən, demək olar ki, artıq öz simamı “unutmuşam”. Aynaya baxanda öz üzümdə fərqli-fərqli insanların simalarını görürəm, dərhal hansısa bir obrazı yaratmaq barəsində düşünürəm. - Sonuncu dəfə “Çarli Çaplin” obrazını yaratdınız. Çox uğurlu alındı. Çətin oldu? - Bu, çox məsuliyyətli bir layihə idi. Biz fotosessiyanı fevralda etdik. Hava çox soyuq idi. Hətta yerdə qar da vardı. Soyuğun təsirindən əllərimizin rəngi də dəyişmişdi. Amma şükür olsun ki, bu işimizi də uğurla yekunlaşdıra bildik. - Səhv etmirəmsə, ondan sonra sizi diplomla təltif etdilər. - Doğrudur, mən bu yaxınlarda fotolayihə nominasiyası üzrə ilin peşəkar aktrisası adına layiq görüldüm. - Müxtəlif cür obrazları yaratmaq, onların üz quruluşlarını olduqları kimi əks etdirmək sizin üçün nə dərəcədə asandır? - Əslində, bu məsələ təkcə qrimlə bitimir. Qrimdən savayı, gərək plastika, mimika, jest və s. yerində olsun. Mən bunu bacardığım üçün məndə kifayət qədər effektli və inandırıcı alınır. - Sizi daha seriallarda görmürük. Buna səbəb nədir? - Mənə seriallardan çox təkliflər gəlir. Lakin hər serialda oynamaq istəmirəm, hər təklifi qəbul etmirəm. Ona görə də tamaşaçılar artıq uzun müddətdir ki, məni seriallarda görə bilmirlər. - Sonuncu dəfə “Bəyaz həyat” serialına çəkilmisiniz? - Bəli, o serialdan sonra heç bir seriala çəkilməmişəm. - Bəs filmə necə? - Anarın “Qırmızı limuzin” əsərinin motivləri əsasında hazırlanan filmə çəkildim. Orada müğənni qızı - Elladanı oynamışam. Hətta Anar müəllim özü də mənim ifa tərzimi çox bəyəndiyini dedi. - Hazırda teatrda hansı tamaşanın üzərində çalışırsınız? - İndi “Parad Parodiy” adlı tamaşanın məşqlərini edirik. Aprelin birində görkəmi dramaturq Vladimir Neverovun yubileyi münasibəti ilə adını çəkdiyim tamaşanın premyerası olacaq. Mən həmin tamaşada Merilin Monronu canlandıracağam. Ola bilsin ki, Merilin Monro ilə bərabər, həm də Maykl Ceksonu oynayım. Geri qayıt |