Əsas Səhifə > Şou-biznes > "Hərə bir işi görsəydi, bəxtəvər olardım..."

"Hərə bir işi görsəydi, bəxtəvər olardım..."


5-11-2024, 07:05
"Hərə bir işi görsəydi, bəxtəvər olardım..."
Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villasının olduğu üzə çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Zaur Kamal "Həmin Zaur" verilişində bildirib.

O, proqramda qonaq Xalq artisti Zabit Nəbizadəyə "Elnarə sizin evinizin yanında villa tikdirib, xəbəriniz var? 4 milyon manat o evə pul sayıb" sözlərini deyib.

Elnarə Abdullayeva aparıcının "Evin tikilməsində sizə sement, daş, qum veriblər" sualına isə "Kim kömək edib? Mənə sement veriblər? Hərə bir işi görsəydi, bəxtəvər olardım" cavabını verib.
Geri qayıt