Əsas Səhifə > Şou-biznes > Zeynəb Xanlarovanın yeni ildə çıxışı olacaq?
Zeynəb Xanlarovanın yeni ildə çıxışı olacaq?6-12-2024, 00:00 |
Yeni ilə sayılı günlər qalıb. Bir neçə ildir ard-arda AZTV-nin yeni il buraxılışına xüsusi qonaq olan görkəmli sənətkar Zeynəb Xanlarovanın sözügedən televiziyada bu il də çıxışı gözlənilirmi? Uzun illərdir onunla birgə çalışan xalq artisti Sadıq Zərbəliyev bu haqda özəl olaraq Moderator.az-a danışıb. “Bu il də AZTV-də çıxışımız planlaşdırılıb. İnşallah ki, olmalıdır. Məşqlərimiz gedir. Zeynəb xanım həmişə deyir ki, Sadıq qoşanağaranı ifa etməsə mən oxuya bilmirəm, o məni həvəsə gətirir” deyə sənətkar bildirib. Sadıq Zərbəliyev daha sonra illər öncə baş verən hadisəni xatırlayıb: “Zeynəb xanım dünyanın Zeynəbidir. Ələxsus da türk dünyasının Zeynəbidir. İkinci Zeynəb xanım tarixdə olmayıb, olmayacaq da. İndiyə qədər unutmuram, heç vaxt yadımdan çıxmır. Ərəb ölkəsi Yəməndə idik. Orada işıq sönən deyil axı. Yay klubu idi, 5-6 min adam var idi. Bir anlıq işıq söndü. Zeynəb xanım mikrofonu yerə qoyub necə oxudusa oradakılar ayağa qalxıb 5-10 dəqiqə onu alqışladılar. Zeynəb xanım ömründə nə içki içib, nə siqaret çəkib, nə də fanaqram oxuyub. Ona görə də dünyanın Zeynəbidir” deyə sənətkar bildirib. Geri qayıt |