Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir:
Əsas Səhifə > Şou-biznes > Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir:

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir:


6-05-2025, 12:46
Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir:
Müğənni Mənzurə Musayeva "Funda Hospital"ı məhkəməyə verəcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənninin özü məlumat verib.

Sənətçi bildirib ki, bir müddət öncə sözügedən estetik mərkəzdə əməliyyat olunub:

"Amma əməliyyat uğursuz alınıb. Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir əməliyyatımı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb. Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində isə üzə sap atır. Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb. Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir gəl, yenidən əməliyyat edim. 7 minə yaxın pul vermişəm. Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağamm".

Mənzurə Musayeva vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Geri qayıt