Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > Nəfəs qalmaqallı videodan danışdı
Nəfəs qalmaqallı videodan danışdıDünən, 15:52 |
![]() Dünən sosial şəbəkələrdə konsertdən çıxan müğənni Nəfəsin avtomobili insanların üzərinə sürdüyü iddia edilib. Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən bu hərəkətinə görə bir qadının Nəfəsə hücum etdiyi də aydın olur. Qadın müğənini təhqir edib və onu hədələyib. Müğənninin köməkçisi qadını çətinliklə sakitləşdirərək ordan uzaqlaşdırıb. Məsələ ilə bağlı Bakupost.az müğənni ilə əlaqə saxlayıb. Nəfəs baş verənlərlə bağlı saytımıza bunları deyib: "Zatən videoda görünür ki, xanım şiddətli bir şəkildə hücum edir. Orada başqa heç nə yoxdur. Mən də sadəcə bu məsələni çox böyütmək istəmirəm. Çünki bir daha deyirəm, görən görür ki, orada nə baş verir. Xalqın gözü tərəzidir. Yəni, heç kim kiminsə üstünə maşın sürməyib və ya orada uşaq vurulası bir vəziyyət olmayıb. Allah uzaq eləsin, heç kimin başına gəlməsin. Mən qarışqanı belə əzə bilmərəm, o ki qala kiməsə nəsə edim. Sadəcə maşınla yolumu kəsmişdilər, yol istəyirdim, vermədilər. Ondan sonra da belə aqressivlik başladı. Heç o xanımın maşında olduğunu bilmirdim, çünki həmin maşını qışqıran xanımın qızı idarə edirdi. Bu qədər. Yəni, bilmirəm orada nə oldu, niyə belə oldu, niyə onlar elə davrandı, həqiqətən də anlamadım". Geri qayıt |