Əsas Səhifə > Şou-biznes > "Mən “lyubovniklərin”, sponsorların hesabına Fatimə olmamışam"
"Mən “lyubovniklərin”, sponsorların hesabına Fatimə olmamışam"13-06-2014, 11:44 |
Oksana Rəsulova ilə Fatimə Fətəliyeva arasında yaradıcılıq qalmaqalı artıq bir neçə ildir ki, davam edir. Maraqlıdır ki, son qalmaqal zamanı Kamil Dadaşovla Şəhriyar Cəfərov da Fatiməyə qarşı çıxaraq, onun sənətini bəyənmədiklərini bəyan ediblər. Onlar Fatiməni həvəskar rəqqasə adlandırıblar. Fatimə Fətəliyeva isə ona qarşı tənqidi fikirlərə münasibət bildirib. Rəqqasə ilə aparılan müsahibəni diqqətinizə çatdırırıq: - Həmkarlarınızın sizin barənizdə tənqidi fikirləri nə ilə bağlıdır? - Mən onların dediklərini, fikirlərini boş verirəm. Çünki onların fikirləri mənə maraqsızdır. Haqqımda danışan insanlar mənim sənətdə etdiklərimin 1 faizini reallaşdırmayıblar. Onlar mənim sənətdə gördüyüm işlərin cüzi bir hissəsini etsinlər, sonra haqqımda danışmaqlarına icazə verərəm. Vallah, o insanlar mənim heç yadıma da düşmürlər ki, nə danışdıqları maraqlı da olsun. Axı onlar kimdirlər ki, məni bəyənməsinlər, haqqımda rəy bildirsinlər? Məni müəllimlərim, professional korifey sənətkarlar bəyənir. - Bu dedikləriniz güman ki, xalq artisti Kamil Dadaşova şamil olunmur? - Kamil Dadaşov mənim haqqımda dediklərinə peşman olub. Zəng vurun, özündən soruşun. O, deyir ki, mən yaşlı kişiyəm. Ola bilər ki, səhv danışmışam. O boyda kişi üzürxahlıq elədi. Yəni Kamil Dadaşov... - Oksana Rəsulova ilə aranızdakı qalmaqal niyə səngimir? - O, kimdir axı? Oksana ümumiyyətlə, rəqqasəsidir ki? Başa düşmürəm, biz Hindistanda yaşayırıq ki, hind rəqslərini təmsil edək? O, hələ getsin bizim rəqsləri öyrənsin. Sonra gəlsin, mənimlə sənət söhbəti etsin. Oksana Rəsulova bunu dedi, onu dedi. Nə dedisə, cəhənnəmə desin. O insan mənə maraqsızdır. Dediyi bütün sözlər özünə aiddir, mənə deyil. - Şəhriyar Cəfərov deyir ki, Fatimə Fətəliyeva həvəskar rəqqasədir... - Mən onlara vızıldayan milçək deyirəm. Şəhriyar da balet oynayandır, getsin baletini oynasın. Ayağını qaldırsın göylərə, balet oynasın. Onun heç milli rəqslərdən başı çıxmır. Şəhriyar yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından qovmazdılar. Şəhriyar Təranə Muradova, Afaq Məlikovanı bəyənmir. Ümumiyyətlə, bu insan özündən başqa heç kimi bəyənmir. Yox, durub, məni bəyənəcək?! - Onların bu qalmaqalı yaratmaqda məqsədləri nədir? - Mən onlardan çox pul qazanıram. Onlar da bundan havalanırlar. İstəyirlər ki, qalmaqal edib, çox pul qazansınlar. Allah hamının ruzisini ağlına görə versin ki, onları da tədbirlərə çağırsınlar. Əziyyət çəkib, pul qazansınlar. İşləsinlər, özlərini dolandırsınlar. Mən yenə də deyirəm və sözlərimin üstündə dayanıram. Sponsor gücünə özümü Fatimə etməmişəm. Bu səhnəyə heç bir kişinin sayəsində deyil, sənətimlə gəlmişəm. - Oksana Rəsulova deyib ki, sizə qarşı faktlarla danışacaq. Söhbət hansı faktlardan gedir? - Bilmirəm. Hansı faktlardan danışır? Mən ailəli olmuşam, boşanmışam. Birinci uşağım ilk evliliyimdəndir. Bunların amma gör neçə yaşları var, 80 dəfə ərə gedib, amma nə uşaq var, də ki, ailə... İkinci dəfə ailə qurmuşam və şükür Allaha ki, bu evlililiyimdən də oğlum var. Hansı faktdan söhbət gedir? Bəlkə məni 6 kişi birdən saxlayır? Bəlkə hansısa nazir, yaxud “Rusyetdə” hansısa biznesmen pul buraxır? Gedib öz sandıqlarını da töksünlər, pambıqlarını da... Şükür Allaha, mənim həyatım göz önündədir. Mən gecələr, kafelərdə, barlarda, orada-burada gəzmirəm. İşimdə, gücümdəyəm. Onlar kimdilər axı? Mənim səviyyəmdə olan insan deyillər. Onlar mənə söz atırlar ki, bununla özlərini reklam etsinlər. Oksana mənim sayəmdə gəlib önə çıxdı, tanındı. Şəhriyar da bunu görür və özünü Fatimə adı ilə reklam edir. Amma bu alınmayacaq. Çünki mənim heç kimi reklam etməyə həvəsim yoxdur. Mən Azərbaycana haradansa gəlib, “lyubovniklərin”, sponsorların hesabına Fatimə olmamışam./teleqraf/ Mediainfo.az Geri qayıt |