Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni Rusiyada həbs olundu

Azərbaycanlı müğənni Rusiyada həbs olundu


17-06-2014, 09:51
Azərbaycanlı müğənni Rusiyada həbs olundu
Azərbaycanlı müğənninin həbs xəbəri yayıldı

DİA.AZ gecce.az-a istinadən xəbər verir ki, "Şadan" qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.

Məlumata görə, ifaçı bir neçə ay öncə Rusiyadan birdəfəlik deportasiya edilib. Amma buna baxmayaraq İntizar təxminən 10 gün öncə, sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən, hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb. Müğənninin Rusiyaya budəfəki gedişinin səbəbi xalası oğlunun orada baş tutacaq toy mərasimi olub.

Əldə etdiyimiz məlumata görə, 50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulub. Buna səbəb isə məhkəmənin həmin işi araşdırması deyilir.

Geri qayıt