Əsas Səhifə > Şou-biznes > "Anam hələ də inanmır ki, qardaşım şəhid olub"
"Anam hələ də inanmır ki, qardaşım şəhid olub"18-06-2014, 10:45 |
Müğənni Elariz Məmmədoğlu “Düz üzünə” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, bir sıra açıqlamalar verən sənətçi, qardaşı Mübariz Məmmədoğlunun şəhid olduğunu deyib. Bu haqda danışıb, göz yaşlarını saxlaya bilməyən Elariz hələ də qardaşının cəsədini axtardığını söyləyib: “Anam hələ də onun ölümünə inanmır. Bilmir ki, o, şəhid olub. Atam bu dərdlə dünyasını dəyişdi. Atam ölənə kimi üzünü təraş etmədi. Getdim, öz avtomobilimlə qardaşımın cəsədini axtardım. Xalamın və bacımın həyat yoldaşı da mənimlə Ağdama getdilər. Dedilər, buradan o tərəfə keçsəniz, bu ərazilər minalanıb, partlayacaq. Amma yenə də getdim. Evlərini tərk etməyən Ağdam sakinləri var idi, soruşduq, şəkil göstərdik. Sonra Qazaxa yollandıq. İnsanlar var idi ki, meyidlə alver edirdilər. Dedim, danışım, cəsədi pulla alım. Nə qədər lazımdır, verəcəm, ya dirisi, ya ölüsü bizim olsun”. Çəkiliş zamanı şair Vüqar Əhməd Elariz Məmmədoğlunun atasından bəhs edib: “Elariz heç vaxt efirdə bu haqda danışmayıb. Atası 14 il üzünü təraş etmədi. Düz üç dəfə infarkt keçirtdi. Dördüncüdə dünyasını dəyişdi. Deyirdi ki, təkcə, oğlumun cəsədi yanımda olsun”. Geri qayıt |