Əsas Səhifə > Şou-biznes > "Kimsə işimə qarışmaq istəyəndə "davay dosvidaniya" deyirəm"

"Kimsə işimə qarışmaq istəyəndə "davay dosvidaniya" deyirəm"


28-06-2014, 14:43
"Kimsə işimə qarışmaq istəyəndə "davay dosvidaniya" deyirəm"
Ötən günlərdə "Alma məndən gözlərini" adlı mahnısına Türkiyədə çəkdirdiyi klipini mediaya təqdim edən müğənni Rəqsanə İsmayılova maraqlı açıqlamalar verib.

ANS PRESS-ə müsahibə verən sənətçi açıq-saçıq geyimlərindən danışıb. Yoldaşınız geyimlərinizə qarışmır? sualını cavablandıran müğənni: "Mən sərbəst qadınam, məni sevən də bunu bilir. İşimdə, geyimimdə heç kim qadağa qoya bilməz. Kimsə işimə qarışmaq istəyəndə "davay dosvidaniya" deyirəm. Məni istəyən elə belə də qəbul edər"- dedi.

2014-cü il ərzində 4 konsert verməyə hazırlaşan Rəqsanə proqramlarının hər birinin pulsuz olacağını deyib və sənət yoldaşlarına da söz atıb: "

“Konsertlərim pulsuz olacaq, bilet satılmayacaq. Şəhid və əsgər ailələri yer çatdığı qədər gəlib iştirak edə bilərlər. Sponsor da özümüzük, heç kimə ehtiyacım yoxdur. Başqaları kimi biletləri uduşlu eləyib konsertə adam yığmırıq".

Bu qədər pulu haradan qazandığı barədə sualları cavablandıran R. İsmaylova toya təqvim ilə getdiyini deyib: "Azərbaycanda barmaqla sayılan müğənnilərdən biriyəm ki, ayın əksər günlərini toyda oluram. Mənə tələbat var".

Qeyd edək ki, ifaçı iyun ayının 30-u "Sevgililər günü"ə həsr etdiyi "Yaşıl teatr"da konsert verməyə hazırlaşır.

Geri qayıt