Əsas Səhifə > Şou-biznes > “Anamı məcbur etmişəm ki, İlhamə Quliyevaya elçi getsin”
“Anamı məcbur etmişəm ki, İlhamə Quliyevaya elçi getsin”2-07-2014, 09:52 |
Xalq artisti Faiq Ağayev “Düz üzünə” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, müğənni veriliş boyunca maraqlı açıqlamalar verib. O, uşaq vaxtı xalq artisti İlhamə Quliyevaya elçi düşdüyünü deyib. F.Ağayev aparıcının “Sizin bir üzüyünüz var. Onu İlhamə Quliyevaya vermək istəmisiniz” sualına belə cavab verib: “İndiyənə kimi o üzük var. Nənəmin üzüyü idi. Adətə görə həmin üzük nəsildə evin sonbeşiyinə verilirdi. Anam da axırıncı qız olduğuna görə ona qalmışdı. Dörd yaşım olanda efirdə İlhamə Quliyevanı görmüşəm. “Göy göl” mahnısını oxuyurmuş. Anamı, nənəmi məcbur etmişəm ki, İlhamə xanıma elçi gedin. Anam deyib ki, biz kasıb ailəyik, ona nə aparaq? Üzük də anamın barmağında olub. Demişəm ki, barmağındakı üzüyü apar. Qızı olmadığı üçün anam o üzüyü mənə verib. Qızılını dəyişib, özümə uyğun düzəltdirdim”. Xalq artisti “Hələ də üzüyü İlhamə xanıma verməmisiniz” sualına “İndiyənə kimi “hə” cavabını gözləyirəm” – deyə zarafatyana cavab verib. Geri qayıt |