Əsas Səhifə > Şou-biznes > "Gedib deyir ki, Zöhrəni Zaurun yanında döydüm"

"Gedib deyir ki, Zöhrəni Zaurun yanında döydüm"


3-07-2014, 11:24
"Gedib deyir ki, Zöhrəni Zaurun yanında döydüm"
Aparıcı Zaur Kamal “5/5” verilişinə qonaq olan əməkdar artist Zöhrə Abdullayevanın sirrini açıb.

Axşam.az-ın məlumatına görə, aparıcının “Zöhrə xanım, danışmadığınız bir məşhur xanım sizi döymək istəyib. Hətta deyib ki, Zaur olmasaydı, Zöhrənin saçını yolacaqdım” sözləri qarşı tərəfi özündən çıxarıb:

“Onun adını çəkib reklam etmə. O qadına çox yaxşılıq etmişəm, evimdə saxlamışam, amma başa düşməyib. Gedib kənarda deyir ki, Zöhrəni Zaurun yanında döydüm. Zöhrəni hələ heç kim döyə bilməyib”.

Qeyd edək ki, Zöhrə Abdullayeva uzun müddətdir ki, müğənni Mətanət Əsədova ilə küsülüdür. Tərəflər bir-birlərinin ünvanına hər zaman sərt sözlər deyirlər və adlarının yanaşı çəkilməsinə qadağa qoyublar.

Geri qayıt