Əsas Səhifə > Şou-biznes > "Həyat yoldaşım bunu eşidəndə etiraz etdi"

"Həyat yoldaşım bunu eşidəndə etiraz etdi"


4-07-2014, 11:05
"Həyat yoldaşım bunu eşidəndə etiraz etdi"
Müğənni Nadir Qafarzadə media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi Gürcüstanda çəkdirdiyi “Göndər” adlı klipini sevənlərinin ixtiyarına verib. O, “Ozan MW production”ın təşkilatçılığı ilə lentə alınan ekran işi haqqında danışıb:

“Bir çox həmkarlarım klip çəkdirir, ona elə bir məbləğ qoyurlar ki... Bu yaxınlarda bir müğənninin 90 min manata klip çəkdirdiyini eşitdim. Bu klipimə o qədər də böyük məbləğ xərcləməmişəm. Hətta 20 min avroya çəkdirdiyim “Pardon”dan da ucuz başa gəlib. Burada ən sevdiyim səhnə kazinoda olanlar idi”.

Qeyd edək ki, N.Qafarzadənin yeni klipində “Miss Gürcüstan 2012” qalibi Tamar Şedaniya da iştirak edib.
“Göndər”in rejissoru Elnur Əliyev, operatoru Givi Maqradzedir. İyulun 6-da “Yaşıl Teatr”da baş tutacaq konsertindən də danışan Nadir Qafarzadə onu həyat yoldaşına həsr edib:

“Bu, həyat yoldaşıma hədiyyəmdir. Zalda ancaq o və mən olacam. Konsertim“Həyatımsan ömrüm qədər” adlanır. 13 mahnı oxuyacam. Onlardan biri sırf həyat yoldaşıma yazılıb. Sevinc konsert xəbərini eşidəndə etiraz etdi. Çox çətinliklə onu yola gətirmişəm”.



Geri qayıt