Əsas Səhifə > Şou-biznes > “Rəhim sən bu mahnımı necə bəyənməyə bilərsən? Bilirsən, nə qədər baxış olub?”
“Rəhim sən bu mahnımı necə bəyənməyə bilərsən? Bilirsən, nə qədər baxış olub?”7-07-2014, 13:19 |
Müğənni-bəstəkar Rəhim Rəhimli ifaçı Günay İbrahimlinin “Dəlisiyəm gecənin” adlı yeni mahnısını bəyənməyib. Axşam.az-ın məlumatına görə, sənətçi bunu “Onlar” verilişinə açıqlamasında etiraf edib. O, Günay İbrahimli ilə münasibətlərinə də aydınlıq gətirib: “Verilişlərin birində mənə dedilər ki, top beşlik söylə. Mən də Tünzalə, Röya və başqalarının adını çəkdim. Soruşdular, bəs Günay İbrahimli? Cavab verdim ki, onun mahnısını bəyənmədim. Axşam məclisdə qarşıma çıxan Günay dedi ki, “Rəhim sən bu mahnımı necə bəyənməyə bilərsən? Bilirsən, nə qədər baxış olub?”. Baxış sayı çox ola bilər, ancaq hərənin bir zövqü var. Bu mahnı ürəyimcə deyil. Günayın gələcəyini parlaq görürəm. Onun səs tembrini Röyaya bənzədirəm, bu, bir faktdır. Röya kimi o da hit mahnılar oxuyur. Yeni çıxan sənətçinin də, iki il əvvəl oxuyanın da öz dinləyicisi var”. Geri qayıt |