Əsas Səhifə > Şou-biznes > "Arvaddan gizlədilən pulun bərəkəti olmaz, yaxşı arvaddan pul gizlətməzlər"

"Arvaddan gizlədilən pulun bərəkəti olmaz, yaxşı arvaddan pul gizlətməzlər"


19-07-2014, 10:07
"Arvaddan gizlədilən pulun bərəkəti olmaz, yaxşı arvaddan pul gizlətməzlər"
DİA.AZ gecce.az-a istinadən xəbər verir ki, “5/5” verilişinin qonaqlarından biri də xalq artisti Möhlət Müslümov olub. “Evin büdcəsi kişidə yaxud, qadında olmalıdır?” mövzusu ətrafında gedən söhbətlər əsnasında xalq artisti maraqlı cavablar səsləndirib. Belə cavablardan biri verilişin aparıcısı Zaurun “kişi qadından pul gizlətməlidirmi?” sualı zamanı verilib:

“Arvaddan gizlədilən pulun bərəkəti olmaz. Yaxşı arvaddan pul gizlətməzlər. Kişinin pulu ortalıqda olar. Əgər cütlük sevərək ailə qurubsa, ən azından xanımı bilməlidir ki, kişinin nəyi var, nəyi yoxdur! O pul halallıqla xərclənməlidir. Bunu gizlətməyin nə mənası var axı?! Mənim bir dostum var idi əvvəl, pulu pencəyinin astarında gizlədirdi. Sonra ona dedim ki, yekə kişisən, ayıbdır!”

Geri qayıt