Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktrisa: "Elçilər gəlməyinə gəlir, amma..."

Azərbaycanlı aktrisa: "Elçilər gəlməyinə gəlir, amma..."


25-07-2014, 10:06
Azərbaycanlı aktrisa: "Elçilər gəlməyinə gəlir, amma..."
Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Səbinə xanım, yaşınızın az olmasına baxmayaraq, Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə daxil ola bilmisiniz. Bu uğuru ən çox nə ilə əlaqələndirmək olar?

- Heç özüm də bilmirəm (gülür). Yəqin ki, çalışqanlığım və böyük cəhdlər sayəsində səhnəyə çıxmışam. Bu da bir faktdır, mən yeganə aktrisalardanam ki, teatra rolla gəlmişəm.

- Bəs sənətə gəlişiniz necə oldu? Oxucuları bir az bu barədə məlumatlandırsanız, yaxşı olar.

- İncəsənət meylim uşaqlıqdan olub. Rəqs dərnəyini bitirmişəm. “Tanqo” rəqsi üzrə ixtisaslaşmışam. Bu maraq məni Dövlət Mədəniyyət və İncəsənt Universitetinə apardı. Oranı bitirdikdən sonra aktrisa kimi fəaliyyət göstərməyə başladım.

- Səhv eləmirəmsə, teatrdan qabaq seriallarda çəkilməyə başladınız...

- Bəli, “Həyat varsa”, “Ultionis”, “Bir ovuc torpaq” və s. kimi film və seriallarda baş rola çəkilmişəm. "Qanun naminə" adlı çoxserialı filmdə isə ikinci rejissor olmuşam.

- Maraqlıdır, rejissorluq qabiliyyətiniz də var?

- Var, ancaq sırf bu sahədə peşəkarlaşmaq və fəaliyyət göstərmək isətmirəm. Aktrisalıq mənə daha yaxındır.

- Hələ bir durğunluq yaranmayıb ki? Yenə də seriallardan təkliflər alırsınız?

- Sözsüz, təkliflər davam edir. Yeni serialın çəkilişlərinə başlamalıyıq, inşallah.

- Ailənizin, bu sənətdə olmağınıza münasibəti necədir bəs?

- Sağ olsunlar, onlar məni dəstəkləyirlər. Valideyinlərimin məsləhətinə hər zaman ehtiyacım var. Əksər məsələlərdə onların dedikləri ilə razılaşıram və xeyir tapıram.

- Dediniz ki, rəqslə məşğul olmusunuz. Həmin dövrlərdə qazanc məqsədi ilə toylara gedirdiniz?

- Bəli, gedirdim. Ancaq sonradan valideynlərimin məsləhəti ilə toylardan da “ayağımı kəsdim” (gülür).

- Ailəlisiniz?

- Xeyr, hələ subayam. Düşünürəm ki, ailə qurmaq üçün hələ tezdir.

- Belə gözəl bir xanıma, yəqin ki, elçi düşənlər çoxdur.

(gülür)... Elçilər gəlməyinə gəlir, amma qapını açmırıq, elə bilirlər ki, evdə yoxuq (gülür).

- Sizcə, gələcəkdə elə bir rol ola bilərmi ki, ondan imtina edəsiniz?

- Aktrisanın roldan imtina etmək hüququ varsa, ola bilər ki, hansısa bir roldan imtina edərəm. Amma düşünürəm ki, mənə həvalə olunan hər bir rolu oynamalıyam.

Geri qayıt