Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."

Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."


19-09-2014, 09:05
Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."
Müğənni Afaq Aslanın Milli.Az-müsahibəsi.

-​ Afaq xanım, artıq üç ilə yaxındır ki, peşəkar səhnədə fəaliyyətdəsiniz. Bura qədər gəlib çıxmaq sizə baha “oturdu”?

-​ Əslində, müğənniliyə olan həvəs məndə uşaqlıq illərimdən yaranıb. Amma valideynlərim, xüsusən də atam mənim oxumağıma heç bir vəchlə razı deyildi. Ziyalı ailədə böyümüşəm. Orta məktəbi bitirib ali məktəbə daxil oldum. Oranı bitirdikdən sonra bir müddət memar işlədim. Ancaq oxumaq eşqi içimdə “aşıb-daşırdı”. Ona görə də müğənni olacağıma qəti qərar verdim. Beləliklə də, səhnə fəaliyyətimə start verdim.

-​ Valideynlərinizi bu qərarla birdəfəlik barışdı, yoxsa tədricən?

-​ Elə, ya da belə... Artıq barışmağa məcbur idilər (gülür).

-​ Neçə yaşında ailə qurdunuz?

-​ 19 yaşımda artıq ailəli idim. Lakin bu evlilik cəmi bir il yarım davam etdi. Boşandım?

-​ Belə tez ayrılmağınıza səbəb nə idi ki? Həyat yoldaşınızı sevmədən ona ərə getmişidiniz, yoxsa?..

-​ Düzünü desəm, o, mənə elçi gələndə onu sevmirdim. Onunla qətiyyən ailə qurmaq fikrim yox idi. Lakin biixtiyar olaraq birdən-birə sevməyə başladım. Hətta o dərəcədə sevirdim ki, deyirdim, ya onunla ailə quracağam, ya da heç vaxt heç kimə ərə getməyəcəyəm.

-​ Eşqin birdən-birə “başınıza vurma”sının səbəbi nə idi? Sonralar da bu işin sirrini tapa bilmədiniz?

-​ Sonradan-sonraya mənə məlum oldu. Ərim mənə cadu etdiribmiş ki, onu sevim. Bunu özü etiraf etdi.

-​ Yaxşı, bəs ayrılmağınıza səbəb nə oldu? Olmaya, cadunun təsiri getmişdi?

-​ Xeyr (gülür). Bunun özəl səbəbləri var. Bircə onu deyə bilərəm ki, bu işin kökündə xəyanət dayanır.

-​ İl yarım çox az zaman olsa da, bu zaman kəsiyində övladınız olmadı?

-​ Var idi, mən onun dünyaya gəlməsinə imkan vermədim. Çünki istəmirdim.

-​ Ayrıldıqdan sonrakı həyatınız maraqlıdır. Nə baş verdi? Yenə sevdinizmi?

-​ Bəli, sevdim. Özü də dəlicəsinə. İndi həyatımda olan insanla ailə qurmaq fikrindəyik.

-​ Bəs bu vaxta qədər nəyi gözləyirsiniz?

-​ İnşallah, görək də, qismət...

-​ Afaq xanım, üç il çox olmasa da, az müddət də deyil. Sizcə, indi hansı pillədəsiniz?

-​ Mən, hələ ki, qalxa-qalxa gedirəm. Düşünürəm ki, üç il ərzində kifayət qədər iş görə bilmişəm. Özümü tanıtdırmağı bacarmışam.

-​ Amma bir çox şou-biznes nümayəndələri dedi ki, Afaq Aslan soyunmaqla gündəmə gəldi...

-​ O insanlar paxıl və qısqanc insanlardır. Məni gözü götürməyənlər çoxdur. Bilmirəm səbəbi nədir. Yəqin ki, məni özlərinə güclü rəqib hesab edirlər. Həm istedadımla, həm də fakturamla çoxlarını geridə qoya bilərəm. O ki qaldı soyunmağıma, bu addım fotosessiya xatirinə olan cəsarətli bir addım idi. Bədən quluşum buna imkan verir. Məndə olan vizual görünüş onlarda olsa, onlar da mənim kimi açıq-saçıq fotosessiya etdirərlər. Amma yoxdur axı, necə etsinlər ki? (gülür).

-​ Deməli, sənət var olduqca, paxıllıq, qısqanclıq və konflikt da olacaq... Elə götürək Günel Məhərrəmovanı. Sizdən nə istəyirdi? Son açıqlamasında sizi məhkəməyə verəcəyini demişdi. Axırı nə oldu?

-​ Nə olacaq, mənə gücü çatmayacağını bilib geri çəkildi. Məni məhkəməyə vermək onluq deyil. Yaxşısı budur ki, başını aşağı salıb öz işi ilə məşğul olsun (gülür).

-​ Qısqanclıqdan söz düşmüşkən, siz də qısqancsınız?

-​ Dəhşətli dərəcədə qısqancam, yalnız sevdiyim insana qarşı. Yoxsa ki, kiməsə qısqanclıqla yanaşıb, paxıllıq çəkən adamlardan deyiləm.

-​ Məşhur türk müğənnisi Ebru Poladla nə “alış veriş”iniz var? Tanışlığınız necə yaranıb?

-​ Biz artıq bir neçə ildir ki, yaxın rəfiqəyik. Mən Türkiyədə olanda bizim bir-birimizə oxşadığımızı deyənlər çox oldu. Bu məsələ həm onda, həm də məndə maraq doğurdu. Bizi görüşdürdülər. Ünsiyyətimiz alındı, o zamandan bəri tez-tez əlaqə saxlayırıq, görüşürük. O, hətta mənim albom təqdimatımda da iştirak edib mənə dəstək olmaq üçün Bakıya gəlmişdi.

-​ Maqarlıdır, Aslan təxəllüsü haradan gəlir?

-​ Aslan babamın adıdır. Mənim soyadım Aslanovadır. Babam tanınmış, ziyalı və illər boyu vəzifədə olan biri olub. Mən də onun adını özümə ləqəb götürmüşəm.

-​ Bundan sonra Afaq üçün nələr olacaq? Pərstişkarları ondan nə gözləsinlər?

-​ Bu yaxınlarda yeni bir mahnı oxumuşam. Həmin mahnı üçün qeyri-adi fotosessiya çəkdirmişəm. Bu yaxınlarda ictimaiyyətə təqdim edəcəyəm. Bir də yeni klipimin çəkilişi üçün hazırlıq işləri gedir.


Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."
Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."
Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."
Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..."
Geri qayıt