Əsas Səhifə > Şou-biznes > 5 manatlıq geyimlə səhnəyə çıxan azərbaycanlı müğənni

5 manatlıq geyimlə səhnəyə çıxan azərbaycanlı müğənni


2-10-2014, 13:33
5 manatlıq geyimlə səhnəyə çıxan azərbaycanlı müğənni
DİA.AZ gecce.az-a istinadən xəbər verir ki, bu gün “Xəzər” telekanalında yayımlanan “Hər şey daxil”də verilişin əkiz bacıları Sevil və Sevinc maraqlı bir süjetlə diqqət çəkiblər. Belə ki, əkizlər “bahalıdırsa, zövqlüdür” deyib geyiminə bir ətək pul xərcləyən xanımlara cavab olaraq şəhərin ucuz geyim mağazalarından birində olublar. Özlərinə oradan 5 manatlıq geyim seçən bacılar, bu addımlarına belə əsaslandırıblar:

“Zövqlü xanımlar ucuz qiymətə satılan geyimlər də geyinə bilərlər. Dəbli geyinmək üçün bahalı geyinmək önəmli deyil. Geyimi özünüz də “bahalı” edə bilərsiniz. Ən azından iki dəfə geyinib “qarderob”unuzda qalsa, ürəyiniz yanmaz. Əsas “marka” deyil, insanın içində zövq olmalıdır. Zövqün yoxdursa, 1 milyonluq paltar geyinsən də, o sənə yaraşmırsa, heç o paltarın qiyməti də sənin əynində görünməyəcək. Biz 5 manatlıq da, 10 manatlıq da, 20 manatlıq da, hətta 100 manatlıq da geyim geyinə bilərik. Əsas onu zövqlə seçəsən”.

Geri qayıt