Əsas Səhifə > Şou-biznes > "Nə olar, Ramal, kreditlə də olsa, mənə bir musiqi bəstələ"
"Nə olar, Ramal, kreditlə də olsa, mənə bir musiqi bəstələ"9-10-2014, 15:43 |
Müğənni Mirkamil Kamilov hər zaman efirlərdə dayısı oğlu, bəstəkar-ifaçı Ramal İsrafilovdan mahnı istəyir. Axşam.az-ın məlumatına görə, Mirkamilin “Ramaldan illərdir mahnı istəyirəm, amma vermir. Nə olar, Ramal, kreditlə də olsa, mənə bir musiqi bəstələ” sözlərinə bəstəkar-müğənni “Qonaqlıq” verilişində cavab verib. O, qohumu üçün bəstələdiyi nəğmənin 7 ildir hazır olduğunu deyib: “Mirkamil efirlərdə deyir ki, ona mahnı vermirəm. Sənə 7 ildir nəğmə bəstələmişəm, amma 6 ildir zənglərimə cavab vermirsən. Kredit söhbətini isə zarafat edirdi. O sözdən sonra hamı sosial şəbəkədə mənə yazır ki, nə olar, Mirkamilə mahnı bəstələ... Sənə nəğmə qurbandır, yetər ki, gəl. Əgər gəlib götürməsən, özüm oxuyacam, incimə”. Qeyd edək ki, Ramal Mirkamil üçün yazdığı mahnını efirdə səsləndirib. Geri qayıt |