Əsas Səhifə > Şou-biznes > "Mən aşırı dərəcədə açıq-saçıq geyinmirəm"
"Mən aşırı dərəcədə açıq-saçıq geyinmirəm"10-10-2014, 08:57 |
DİA.AZ teleaparıcı Nərgiz Məmmədovanın Milli.Az-a müsahibəsini təqdim edir: - Nərgiz xanım, yaşınızın elə də çox olmasına baxmayaraq, aparıcılıar arasında kifayət qədər seçilməyi və sevilməyi bacara bilmisiniz. Bunu nə ilə əlaqələndirmək olar? - Hər bir aparıcının öz dəst-xətti var. Ola bilər ki, mənim də efirdə davranışım, danışıq tərzim və s. tamaşaçılar tərəfindən normal qəbul olunub. Buna görə də məhz həmin kütlə tərəfindən istənilməyi bacarmışam, yəqin ki. - Amma sizin çox qısa ətəklərdən istifadə etdiyinizi deyənlər də az deyil... - Bu fikirlər mənim üçün önəmli deyil. Mən öz geyim tərzimi özüm müəyyən edirəm. Qısa geyimlər deyəndə ki, mənim geyindiyim geyimlərdən çoxları istifadə edirlər. Onda onları niyə qınamırlar? Mən aşırı dərəcədə açıq-saçıq geyinmirəm. Haraya nə geyinəcəyimi də yaxşı bilirəm. Deməyim budur ki, bu qınaqlar mənim üçün heç bir əhəmiyyət kəsb etmir. - Başqa nəyə görə qınanırsınız? - Düşünürəm ki, qınandığım xüsusi şeylər yoxdur. Amma ətrafımdakı insanlar (söhbət yaxınlarımdan, əzizlərimdən gedir) mənə hansısa bir səhvimi deyəndə qəbul edirəm. Bu mənim üçün qəbulolunan haldır və özümə də xoş gəlir. Çünki insan özünü kənardakılar vasitəsilə bir qədər də yaxşı tanıya bilər. - Qalxdığınız “zirvə”yə öz gücünüzə çıxdınız, yoxsa kimsə sizə “nərdivan” verdi? - Bu yerə qədər tək gəlib çıxdım. Arzularım və mübarizə əzmim məni istədiyim yerə gətirib çıxartdı. - Bəs ATV telekanalına gəlişiniz kimin vasitəsilə oldu? - Məni və bir neçə həmkarımı eyni vaxtda ATV-yə Elçin Əlibəyli gətirdi. Fürsətdən istifadə edib ona öz təşəkkürümü bildirirəm. - Subay olduğunuzu bilirəm, amma sevdiyiniz insanın olub-olmadığını bilmirəm. Bəlkə, bu haqda danışasınız? - (gülür)... Sevdiyim insan yoxdur, toyum olanda hamınız xəbər tutacaqsınız, narahat olmayın (gülür). - "Məhz hava proqnozunu aparan teleaparıcılar mütləq şəkildə efirə mini ətəkdə çıxmalıdırlar" kimi fikirlər az səslənmir. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, telekanallardan belə bir təkid barədə eşitmisinizmi, yaxud da rastlaşmısınızmı? - Mən işləməyə başladığım vaxtdan bu günə qədər dediyiniz hallarla qarşılaşmamışam. Bizdə geyimə sərbəstlik verilir. Nə qadağa qoyulur, nə də ki hansısa geyimi geyinməyimiz tələb olunur. İstisna hallarda reklam xatirinə hansısa paltarı geyinmək məcburiyyətində qala bilərik. Ancaq ümumilikdə seçim özümüzə məxsusdur. - Hava haqqında xəbərləri və “ATV-maqazin” verilişinin aparıcılığını paralel edirsiniz. Bir əldə iki qarpız tutmaq nə dərəcədə asandır ki? Gündəlik çəkilişləri çatdırmaq sizin üçün çətin olmur? - İşimi o qədər çox sevirəm ki, yorulsam da, bunun fərqində olmuram. - Qibtə etdiyiniz teleaparıcı var? - Nərgiz Cəlilovanın vurğunuyam. O xanımın bu yaşdakı gözəlliyi, peşə fəaliyyəti məni heyran edir. Onun kimi olmağı çox istəyirəm. - Hansı insanları görəndə “10 metr” aralı gəzirsiniz? - Riyakarlardan həmişə uzaq olmağa çalışmışam. - Bundan sonra Nərgiz Məmmədovanı başqa layihələrin aparıcısı kimi görə bilərik? - Hələ ki, dayandığım yerdəyəm. Bundan sonrasını bilmək olmaz... Geri qayıt |