Əsas Səhifə > Şou-biznes > Elza Seyidcahan qızına 3 gün 3 gecə toy edəcək ki, kimsə inciməsin...

Elza Seyidcahan qızına 3 gün 3 gecə toy edəcək ki, kimsə inciməsin...


20-10-2014, 11:34
Elza Seyidcahan qızına 3 gün 3 gecə toy edəcək ki, kimsə inciməsin...
Əməkdar artist Elza Seyidcahan bir neçə ay öncə nişanlanan qızı Gülşənin şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən bəstəkar-müğənni bildirib ki, o, qızı üçün 3 gün 3 gecə toy çaldıracaq: “Qızıma yay aylarında toy edəcəm. Çünki xeyir iş açıq havada olacaq. Oğlumun toyunda çox adam məndən küsdü. İndi daha böyük yerdə edəcəyəm ki, hamı gələ bilsin".
Əməkdar artist dana sonra kürəkənindən söz açıb: “Kürəkənim çox ağıllı oğlandır. Adı Elxandır. Foto-müxbirdir. Onunla əməkdaşlığımız olub. Məndən qorxmur, amma hörmət edir. Bəzən deyirəm ki, kaş, oğlum da məni bir işarədən başa düşərdi”.

Geri qayıt