Əsas Səhifə > Şou-biznes > “Vadi”nin fenomenləri Günayla eyni serialda
“Vadi”nin fenomenləri Günayla eyni serialda24-10-2014, 10:09 |
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının ən məşhur 3 obrazının yolu növbəti dəfə yeni serialda kəsişib. ANS PRESS-in məlumatına görə, Polad Alemdara yaxın simalar olan Abdulhey (Kənan Çoban), Kara (Hakan Boyav) və Şərəf Zazaoğlu (Əli Sürməli) “Bəyaz qərənfil” seialında tamaşaçı qarşısına çıxacaqlar. Qeyd edək ki, azərbaycanlı model, türk aktyor Tolqa Karellə evli olan Günay Musayeva da bu serialda Derya obrazını canlandıracaq. Bu barədə Günay Musayeva şəxsi tvitter səhifəsində paylaşdığı video çarxla serialı anons edib. "Bəyaz qərənfil" bu axşam Türkiyənin "Atv" kanalında nümayiş olunacaq. Geri qayıt |