Əsas Səhifə > Şou-biznes > "Bu ölkənin xoş günü, yaxşı adamı yoxdur?"

"Bu ölkənin xoş günü, yaxşı adamı yoxdur?"


5-12-2014, 10:07
"Bu ölkənin xoş günü, yaxşı adamı yoxdur?"
Müğənni Röya Ayxan telekanallardan şikayət edib.

Axşam.az-ın məlumatına görə, sənətçi efirlərdə şən verilişlərin yayımlanmamasına üzüldüyünü bildirib.

R.Ayxan sosial şəbəkədə bunları qeyd edib:
“Səhər telekanallarda “ağlaşma” başlayır və bu, gecəyədək davam edir. Eyni tip nə qədər verilişimiz var, bir baxın... Son vaxtlar mən maqazin proqramlarından da bu cür “ağlaşma” süjetlər gözləyirəm. Amma şükür, hələ ki, belə hal yoxdur. Bu ölkənin xoş günü, yaxşı adamı yoxdur? Bütün verilişlər xəstə körpə, namərd övlad, atılmış uşaqları göstərir. Bu, evimizdə böyüyən uşağa da ziyandır. Dövləti çarəsiz göstəririk. Hər ölkənin problemi var və buna görə efirdə bir veriliş olur, amma bizdə hansı kanalı açırsan, insanlar ağlayır. Unutmayaq ki, Azərbaycan gözəl ailələrin, namuslu insanların yurdudur. Pisimizi gözə soxub ucuzlaşmayaq. Arada bu xalqa ürəkaçan verilişlər hazırlayın ki, biz də musiqimizlə, zarafatlarımızla hamının problemini unutduraq”.

Geri qayıt