Əsas Səhifə > Şou-biznes > "O Səs Türkiyə"də daha bir azərbaycanlı

"O Səs Türkiyə"də daha bir azərbaycanlı


9-12-2014, 10:41
"O Səs Türkiyə"də daha bir azərbaycanlı
"O Ses Türkiyə"də daha bir azərbaycanlı ifaçı rüzgarı əsib. ANS PRESS-in məlumatına görə, yarışmanın dünənki buraxılışında Yaser Ehsan adlı ifaçı səhnəyə çıxıb. O, "Delilah" adlı mahnını səsləndirib.

Müsabiqəyə Azərbaycandan qatılan Ehsan performansı ilə 4 müsifi də özün tərəf çevirə bilib.

İfaçı son qərarında Gökhan Özoğuzu seçib və onun komandasında yarışa davam edəcəyini açıqlayıb. O, əvəllcədən Gökhanı seçməyi düşündüyünü elan edib. Adını eşidən türk müğənni isə sevinclə səhnəyə çıxaraq komandasının yeni üzvünü təbrik edib.

Xatırladaq ki, adıçəkilən yarışa çıxan və səsi ilə türkləri heyran edən azərbaycanlılar çox olub. Amma onlardan ən yaddaqalanı ötən həftə Türkiyədə günün mövzusuna çevrilən Elnur Hüseynov olub. Azərbaycanın "Eurovision 2008" təmsilçisi olan Elnur Ebru Gündəşi seçib.



Geri qayıt