Əsas Səhifə > Şou-biznes > "Saçım məni çox cazibədar və ehtiraslı göstərir"

"Saçım məni çox cazibədar və ehtiraslı göstərir"


7-01-2015, 08:50
"Saçım məni çox cazibədar və ehtiraslı göstərir"
dia-az.life teleaparıcı Zemfira Adıgözəlovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Zemfira xanım, çoxları sizi günün çox hissəsini gecə klublarında keçirən bir xanım kimi təsəvvür edir bəlkə də. Geyim tərziniz, çəkdirdiyiniz fotolar bunu deməyə əsas verir haradasa. Bəlkə, buna özünüz aydınlıq gətirəsiniz?

- Kənardan, bəlkə də elə görünür, amma mən çox nadir hallarda gecə klublarında oluram. O da ki, ya hansısa bir tədbirə dəvətli olanda, ya da yaxın dostlarımdan kiminsə şad günü olanda. Onda da göz önündə olmuram. Necə deyərlər, gözdən, qulaqdan uzaq bir yer seçib orada əyləşirik.

- Bəs axşamlar ən çox nə işlə məşğul olursunuz?

- Demək olar ki, hər axşam gəzintiyə çıxıram. Dənizkənarı parkda rəfiqələrimlə yürüş edirəm. Sağlamlığımın qeydinə qalıram. Sevirəm sağlam həyat tərzi keçirməyi.

- Spirtli içki və ya siqaretdən heç vaxt istifadə etməmisiniz?

- Siqaret çəkmirəm. Spirtli içkinin qoxusu mənə pis təsir edir. Amma hansısa bir məclisdə (o da hərdənbir) ola bilər ki, ya çaxır, ya da likör içərəm. Amma çox cüzi miqdarda.

- Siz də çox gec yatırsınız, deyəsən. Hər gün sosial şəbəkələrdə saat on ikidən sonra paylaşdığınız şəkillər bunu deməyə əsas verir ən azından. Niyə məhz saat 12-dən sonra?

- Səbəbini heç özüm də bilmirəm. Elə bil mənə ilham saat on ikidən sonra gəlir (gülür). Demək olar ki, səhər saat 5-ə qədər oyaq qalıram. Amma idmanla məşğul olduğum günlərdə bir az tez yatıram.

- Arxanızca kimin “kölgə”si sürünməkdədir?

- Öz kölgəm (gülür). Amma tam səmimi deyirəm ki, arxamca kimlərin gəldiyindən xəbərdar deyiləm. Bu bir nəfər də ola bilər, yüz nəfər də.

- Damarınızdakı qanı nə “dondura” bilər?

- Heç bir şey. Çünki heç nəyə təəccüblənmirəm. Çox soyuqqanlıyam.

- Belə çıxır ki, özünüzdən tez çıxmırsınız...

- Özümdən tez çıxmağına çıxmıram. Amma tam sakit də deyiləm. Emosionalam. Bu hal məndə hərdən özünü aşırı dərəcədə göstərə bilər.

- Bir müddət bundan əvvəl Türkiyədən bir filmə dəvət almışdınız. Nə yerdə qaldı?

- Oraya getsəm, bir neçə ay qalmalı idim. Bu da vaxt itkisi deməkdir. Buradakı işlərimin ləngiyəcəyini nəzərə alıb getmədim.

- Ondan sonra yenə də təklif gəldi?

- Bəli, başqa bir filmdən də təklif almışam. Hal-hazırda bu barədə düşünürəm. Ola bilər ki, dəyərləndirim.

- Sizi daha çox zərif, yoxsa zəif adlandırmaq olar?

- Daxilən çox güclü qadınam. İradəliyəm. Deyərdim ki, zəifdənsə, daha çox zərifəm.

- Bədəninizin ölçülərini bilirsiniz?

- Bəli, tez-tez ölçürəm.

- Bəlkə, deyəsiniz...

- Yox, onu demək istəmirəm. Bircə onu deyə bilərəm ki, standartlardan böyükdür (gülür).

- Özünüzü sığortalatdırmaq istəsəniz, ilk növbədə haranızı sığortalatdırardınız?

- Ən birinci saçımı. Çünki saçım mənim “şəxsiyyət vəsiqəm” kimi bir şeydir (gülür). Sonra dodaqlarımı, sinəmi və s.

- Ümumiyyətlə, sadaladığınız bədən üzvlərinizdən diqqəti özünə çəkən ən çox hansıdır, sizcə?

- Məncə, saçım məni çox cazibədar və ehtiraslı göstərir.

- Nəzərə alaq ki, sizin saç düzümünüz eynilə başqa bir məşhurda da var...

- Vəfa Zeynalovanı deyirsiniz (gülür). Doğrudur, bizim saç düzümümüz eynidir. Vəfayla tələbə yoldaşı olmuşuq. Çox vaxt müəllimlər bizi səhv salırdılar. Mən bir ara saçımın formasını dəyişdim, amma gördüm ki, yox, yaraşan elə indikidir.

- Yenə də “sevgi mesajları” alırsınız?

- Demək olar ki, hər gün alıram. Saysız-hesabsız...

- Sizə yazılan axırıncı mesajın mətni yadınızdadır?

- Yadımda qalmayıb. İnanın, o qədər çox olur ki, bəzən hamısını oxumağa macal tapa bilmirəm.

"Saçım məni çox cazibədar və ehtiraslı göstərir"

Geri qayıt