Əsas Səhifə > Şou-biznes > "Heç bir verilişdən pul almıram, gəlir yerim..."

"Heç bir verilişdən pul almıram, gəlir yerim..."


8-01-2015, 10:13
"Heç bir verilişdən pul almıram, gəlir yerim..."
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova Bakıya qayıdıb.

Axşam.az-ın məlumatına görə, media nümayəndələri ilə görüşən sənətçi gəlişinin səbəbini açıqlayıb:
“İşlərim olduğu üçün buradayam, toylara çağırıblar. Həm də konsertlərlə bağlı danışığa gəlmişəm. Eyni zamanda, ailəm də buradadır. Yeni ili Türkiyədə çox gözəl qeyd elədim. 2014-ci il mənim üçün pis keçməsə də , 2015-ci ildən çox şey gözləyirəm".
G.Zeynalova qardaşı Tunarın ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr etdiyi bəstədən də danışıb:
"Hər zaman belə bir iş edəcəyimizi deyirdim, amma heç kim inanmırdı. Doğru zamanda, doğru yerdə Alişanla Çağlanın verilişində təqdim elədik. Hər kəs də çox bəyəndi. İlk dəfə həmin verilişdə muğam oxudum. İnşallah, tez bir zamanda həmin mahnıya klip də çəkdirəcəyik. Mehriban xanım Əliyevanı orada çox sevir, hörmət edirlər. Türkiyədə hələ belə bir şey olmayıb. Heç bir ifaçı ölkə başçısının xanımına mahnı yazmayıb, oxumayıb”.
Müğənni Türkiyəyə üz tutan yerli ifaçılardan da bəhs edib:
"12 yaşımdan orada olduğum üçün məni mənimsəyib, qızları kimi qəbul ediblər. Həmişə deyirəm iki xalqım var: Azərbaycan və Türkiyə. Orada səsi, bacarığı olan ifaçıya qiymət verirlər. Sevinirəm ki, bizim sənətçilərimiz Türkiyədə nəsə iş görürlər. Çətindir, uzun müddət fəaliyyət göstərmək lazımdır, onların arasında olmalısan, şou-biznesə qoşulmalısan, konsert verməlisən, bir çox verilişə çıxmalısan. Türkiyəyə gələn kimi, əlbəttə, səni qəbul etməyəcəklər. Əgər gözəl işlər görsən, xalq səni qəbul etdikdən sonra kənara atmayacaq”.
G.Zeynalova Türkiyədəki gəlirindən də söz açıb. O, “Türkiyədə proqrama çıxan müğənnilərə ödəniş edilir. Siz verilişlərdən nə qədər alırsınız” sualına belə cavab verib:
"Heç bir verilişdən pul almıram. Gəlir yerim konsertlərdəndir. Orada bir müğənnini efirə çağırdıqları zaman səni kim müşayiət edirsə, onların pulu verilir. Amma Bülənt Ərsoy, Ajda Pekkan və digər adlar pul qarşılığında efirə çıxırlar".
Sənətçi ona tənbəl deyənlərin də cavabını verib:
"Hər getdiyim yeri, hər elədiyim işimi göstərsəm, onda bilərsiniz nələr görürəm. Amma mən göstərmirəm, bəlkə də bu, tənbəllikdir. Bir çox ölkədə konsert verirəm. Amma bizim sənətçilər kimi çəkib özümü reklam etmirəm. Türkiyə Avropaya qatıldığı üçün çox şeyi ciddi qəbul etmir. Türk müğənniləri ilə ortaq işbirliyim olacaq. Amma qabaqcadan demək mənə düşmür, sınamışam”.
Baxım sirlərindən danışan G.Zeynalova güzgü qarşısında çox vaxt keçirdiyini söyləyib:
"Özəl bir şey etmirəm. Amma güzgü qarşısında çox vaxt keçirirəm. İnsan özünü sevməlidir. Tez bir zamanda bəzənməyi bacarıram. Bülənt Ərsoy kimi bəzənməyə 6-7 saat vaxt ayırmıram. Hamı deyir çox arıqlamısan. Bizimkilər arıq qadınları sevmirlər. Hətta çox adam deyir sən xəstəsən, amma yox. Sadəcə, efirdə 6 kiloqram kök görünürəm. Özümü bəyənmirəm. İndi çox acam. Amma yemək yemirəm. Bu dəqiqə yesəm, kökələrəm".
Türkiyədə “O səs Türkiyə” yarışmasına qatılan Elnur Hüseynovdan söz açan G.Zeynalova bunları deyib:
“Elnuru, Nicatı gördüm çox sevindim. Elnur səsi ilə oradakıları heyran etdi. Məndən sonra gördülər ki, Azərbaycanda necə səslər var”.

Geri qayıt