Əsas Səhifə > Şou-biznes > Günayın keçmiş prodüseri Rəqsanə ilə işbirliyinə başladı
Günayın keçmiş prodüseri Rəqsanə ilə işbirliyinə başladı14-01-2015, 09:32 |
Müğənni Rəqsanə İsmayılova həmkarı Günay İbrahimlinin keçmiş prodüseri Sevinc Hüseynova ilə işbirliyinə başlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram səhifəsində yazıb: “Sevinc bizim komandaya gəldi, xeyirli-uğurlu olsun. Amma, əzizlərim, sabah başqa-başqa sözlər yazılmasın. Günayı çox istəyirəm, onun hər uğuruna sevinirəm. Onunla heç bir problemim yoxdur. Öz əziyyəti ilə tanınmaq çox çətindir. Bir insan digərinin yanında daim ola bilmir. Çünki həyat belə müvəqqətidir. Əsas Allah ruzi-bərəkətimizi bol etsin”. Qeyd edək ki, G.İbrahimli S.Hüseynovanın ondan ayrılması ilə bağlı belə demişdi: “Sevinclə heç bir problemimiz olmayıb. Bir gün mənə mesaj yazdı ki, səninlə çalışmaq istəmirəm. Zəng etdim, cavab vermədi”. Geri qayıt |