Əsas Səhifə > Şou-biznes > Nüşabə Ələsgərli Türkiyədə çətin vəziyyətə düşüb
Nüşabə Ələsgərli Türkiyədə çətin vəziyyətə düşüb27-01-2015, 11:52 |
Belçika səfərindən qayıdarkən əməkdar artist Nüşabə Ələsgərlinin başına maraqlı hadisə gəlib. Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinin qonağı olan müğənni Türkiyə hava limanında təyyarəyə gecikdiklərini deyib: “Musiqiçi dostlarla Belçikadan gəlirdik. Təyyarə Türkiyədə endi. Musiqiçilər dedilər ki, siqarət çəkək. Bu ərəfədə təyyarəyə gecikdik. Mən də bütün pulumu xərcləyib qızıma telefon almışdım. Düşündüm ki, daha pula ehtiyacım qalmaz. Müdirin yanına getdik. Dedilər ki, yenidən bilet almalısınız. Yalvardıq ki, pulumuz yoxdur. Bizə hörmət edib səhər reysinə bilet verdilər. Birdən ayıldım ki, qızım üçün aldığım hədiyyənin sellofanı itib. Bu dəfə də hava limanında ona görə səs-küy yaratdım. Axırda onu da tapıb gətirdilər. Ondan sonra dedim hara getsəm, üstümdə ən az 200 dollar pul saxlamalıyam”. Geri qayıt |